ABŞ müharibəyə qoşulur..? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
120 | 2025-06-18 10:10

 Hazırda dünya mətbuatında ABŞ-ın İsrail-İran müharibəyə qoşula biləcəyi mövzusu geniş müzakirə olunur. 

 Rusyanın RİA Novosti agentliyi, Pentaqona istinadən məlumat verir ki, Amerika Birləşmiş Ştatlar Yaxın Şərq regionuna orada yerləşən hərbi kontingenini qorumaq məqsədiylə USS Nimitz avia daşıyıcı başda olmaqla qrup göndərir.

 Agentliyin mənbəsinin dediyinə görə,  ABŞ-ın HDQ-i, həmçinin Aralıq dənizində Amerikanın milli maqaqlarını qorumaq məqsədiylə bir sırs əməliyyatlar keçirməyi plsnlaşdırır.

"Regionda yerləşən Birləşmiş Ştatların silahlı qüvvələrini qorumaq məqsədiylə müdafiə naziri Pit Xerset, CENQOM zonasına dəstək vermək üçün, USS Nimitz aviadaşıyıcı qrupunu  göndərməyi qərara alıb"- deyə Pentaqondakı mənbə bildirib.

  Maraqlıdır, görəsən dünyada ABŞ-ın və yaxud da Rusiyanın milli maraqlarına zərbə vuramaq marağında olan bir dövlət varmı?  Nədən hansısa dövlət kimsəyə, xüsusiylə bu iki "yerə-göyə sığmayan" dövlətə qarşı zərər vermədən,  öz milli mənafeyini qorumaq məqsədiylə hər bir addımını bunların "icazəsi olmadan" həyata keçirə biləz?

 Əslində, istər Birləşmiş Ştatlar, istərsə də, Rusiya Federasiyası "öz dövlət maraqlarını qorumaq bəhanəsiylə" bir-biriləri ilə mübarizə aparırlar. Lakin, bunu guya açıq şəkildə deyil, üçüncü, dördüncü dövlətlərin əli ilə aparmağa üstünlük verirlər.

 İndi "Sem dayı", bir tərəfdən İsrail-İran müharibəsinə qoşulmayacağını bəyan edir, digər tərəfdən isə, guya Yaxın Şərqdə amerikan hərbicilərini "qorumaq məqsədiylə" aviadaşıyıcılardan ibarət "üzən qoşun dəstəsi" göndərdiyini bildirir. 

 Artıq hamı ABŞ prezidentinin bu gün dediyinin, sabah əksini deməyi heç kimi təəcübləndirmir. Donald Tramp Truth Social sosial şəbəkəsində, İrandan qeyri-şətsiz təslim olmağı tələb edib. O, İranın Ali dini lideri Ayatulla Əli Xomeneyinin dəqiq yerinin məlum olmasını və onun asan nişangah olduğunu bildirib.

"Xamenei asan nişangahdır, o, təhlükəsiz yerdədir. Biz hələki onu öldürmək istəmirik"- deyə Tramp bir növ təhdid edərək sosial şəbəkə səhifəsində yazır. 

 Trampın "Biz bu müharibədə iştirak etmirik" bəyənatı ilə, "Biz hələki Xomeneyini öldürmək istəmirik",  "ABŞ tam sürətdə İranın hava məkanına nəzarət edir", "regionda münaqişənin gərginləşdirilməsi ABŞ-ın səbrini tükəndirir" və s. bəyənatları ilə tərs mütanasiblik yaradır.

  İsrailin kütləvi raket zərbələri, hələ ki, İranın yerin dərin qatlarında yerləşdirilən nüvə istehsalı bunkerlərinə ciddi təsir göstərmir. Yeraltı bunketləri dağıtmaq üçün daha güclü bombalara ehtiyacı var. Buna görə də, yeraltı bunkerləri məhv etmək üçün ABŞ-ın köməyinə eytiyacı var.

 Pentaqon artıq aviadaşıyıcı qrupunu Yaxın Şərqə göndərib. İndi ABŞ-Fransa-Böyük Britaniya üçlüyü İrana daha ağır zərbələr edilmək üçün Donald Trampın əmrini gözləyir...

 ABŞ prezidenti əmr verəcək, yoxsa sabah çıxıb yenə də "sülh danışıqlarından" danışacaq?.. Bunu zaman göstərər...


 

TƏQVİM / ARXİV