adalet.az header logo
  • Bakı -°C
06 Fevral 2026 15:53
68
DÜNYA
A- A+

ABŞ-İran danışıqları başa çatdı - YENİLƏNİB

Omanda İran-ABŞ danışıqlarının ikinci raundu başa çatıb.

Adalet.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Qeyd edilib ki, danışıqların ikinci raundu yekunlaşıb.

Hazırda ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Omanın xarici işlər naziri ilə məsləhətləşmələr aparır.

Qeyd edək ki, bundan əvvəlki raundda Oman XİN rəhbəri tərəflər arasında mesajların mübadiləsində vasitəçilik edib.

***

11:41

Omanda ABŞ-İran danışıqları başlayıb.

Adalet.az xəbər verir ki, görüşdə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşner iştirak edir.

İran nümayəndə heyətinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.