ABŞ ilk dəfə Hörmüzdə “Apache” itirdi
Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda ABŞ ordusuna məxsus “AH-64 Apache” hücum helikopteri Hörmüz boğazı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan iki ekipaj üzvü sağ şəkildə xilas edilib.
Adalet.az xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Hadisənin səbəbi hələlik açıqlanmayıb. ABŞ rəsmiləri helikopterin İran tərəfindən vurulub-vurulmadığını, texniki nasazlıq yaşayıb-yaşamadığını və ya başqa amillərin rol oynadığını araşdırır.
ABŞ Prezidenti Donald Tramp da hadisə ilə bağlı açıqlama verərək pilotların vəziyyətinin yaxşı olduğunu bildirib.
Qəza İsrail-İran qarşıdurmasının yaratdığı regional gərginliyin nisbətən səngiməsindən sonra baş verib. ABŞ ordusu son aylarda Hörmüz boğazında əməliyyatlarını genişləndirərək bölgədə “Apache” helikopterləri, “MQ-9 Reaper” pilotsuz aparatları, F/A-18 və F-35 qırıcılarından istifadə edir.
Məlumata görə, münaqişənin başlanmasından bəri İran təxminən 30 ABŞ dronunu vurub. Bir neçə hərbi təyyarə də müxtəlif səbəblərdən itirilib. Lakin “AH-64 Apache” helikopterinin sıradan çıxması bu qarşıdurma dövründə ABŞ üçün ilk belə itki hesab olunur.
"Hellfire" raketləri ilə silahlandırılan “AH-64 Apache” helikopterləri ABŞ ordusunun ən effektiv hücum platformalarından biri sayılır. Bu helikopterlər xüsusilə sürətli qayıqlara və pilotsuz uçuş aparatlarına qarşı əməliyyatlarda mühüm rol oynayır.
Digər Xəbərlər
27 Iyul 2026 12:34
"Zelenskinin hərəkətləri anarxistlərin davranışını xatırladır" - İran XİN
27 Iyul 2026 12:09
Müdafiə naziri prezidenti günahlandırdı
27 Iyul 2026 11:56
Rusiyaya qarşı 21- ci paket sonuncu ola bilər
27 Iyul 2026 11:06
Netanyahu Vaşinqtonun təzyiqinə müqavimət göstərəcəyini açıqlayıb
27 Iyul 2026 11:03
ABŞ-ın İrana qarşı əməliyyatında yaralanan hərbçilərin sayı açıqlandı
27 Iyul 2026 10:33
GoTürkiye layihələri beynəlxalq uğur qazandı - FOTOLAR
27 Iyul 2026 09:55
Türkiyəyə məxsus “GOLDEN LEO” Odessa yaxınlığında batdı
27 Iyul 2026 08:56


Bakı -°C

