ABŞ ermənilərinin " Ərdoğanın iti" adlandırdığı Karo Paylanın "günahı"

2015-2023-cü illərdə Türkiyə parlamentində təmsil olunan və kürdlərin partiyası kimi tanınan HDP –dan deputat, erməni əsilli Türkiyə vətəndaşı Karo Paylan ermənilərin qəzəbinə tuş gəlib.
Beləki, Erməni icmasının nümayəndələri Türkiyə parlamentinin üzvü Karo Paylanı Los-Ancelesin Burbank şəhərindəki Müqəddəs Qevondats kilsəsindən qovublar.
Paylan kilsəni tərk etdikdən dərhal sonra izdiham başlayır. Los-Ancelesin erməni icmasının nümayəndələri Paylanı əclaf, türk, satqın, Ərdoğanın iti adlandırıblar.
Erməni icmasının nümayəndəsi, şahidlərdən biri hadisəni mediaya belə çatdırıb:“Kilsədəkilər onu təhqir etməkdən çəkinirdilər, lakin o, kilsədən çıxanda onu türk, Ərdoğanın iti, əclaf və s adlandırmağa başladılar. Hətta Paylana qarşı etiraz dalğası izdihamla nəticələnib. Paylan ona qarşı qəzəb hissinigördükdə yenidən arxa qapıdan çıxaraq oranı tərk etdi"
Qeyd edək ki, uzun illər Türkiyə Parlamentində saxta “erməni soyqırımı” və “erməni haqları”nı müdafiə edərək ermənilərin sevimlisi olan Karo Paylana qarşı bu təhqirlər, "əsassız" deyilmiş.
Çünki, həmin vaxt Los-Ancelesdə Paylanı Nikol Paşinyanın yaxın dəstəkçilərindən olan Sosial-Demokrat Hnçak Partiyasından Mihran Xaçaturyanın müşayiət etdiyi deyilir.
P.S. Karo Paylan hər zamanTürkiyə parlamentində özünü Ermənistanın deputatı kimi aparıb. O, 24 apreldə Türkiyə BMM-nə qanun layihəsi təqdim etmişdi ki, Türkiyə qondarma "soyqırımı" tanımalıdır. Hətta Karo İstanbulda Tələt paşanın adına olan küçəni ləğv etməyi tələb etmişdi.
Əntiqə Rəşid
Digər Xəbərlər

Emin Ağalarov tənqidlərə cavab verdi: "Bakıda kazino açmağımın səbəbləri bunlardır..."

DİN-dən yenilik - Qarabağa səfər edənlər "E-Polis"dən icazə ala bilərlər - VİDEO
jpg-1754046435.jpg)
Bəlkə, ermənilər nə vaxtsa "adam" oldu, Zatulin, əsla!- Əntiqə Rəşid yazır

11 il əvvəlki qanlı avqust: 13 hərbiçinin şəhid olduğu döyüş

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

"Temu"dan Azərbaycan manatı və bayrağına qarşı hörmətsizlik - FOTOLAR
