adalet.az header logo
  • Bakı -°C
29 Avqust 2026 00:26
68
DÜNYA
A- A+

ABŞ-da Kosmik Akademiya yaradılacaq - Trampdan FƏRMAN

ABŞ Prezidenti Donald Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb.

Adalet.az xəbər verir ki, bu barədə o Hyustonda (Texas ştatı) Conson adına Kosmik Mərkəzdə amerikalı astronavtların mükafatlandırılması mərasimində çıxış edərkən bildirib.

"Bizə (kosmosun tədqiqi üçün) ixtisaslı hərbçilər, mühəndislər, mülki operatorlar və digər bütün mütəxəssislərdən ibarət bütöv bir nəsli öyrətmək və hazırlamaq lazımdır. Bir neçə dəqiqədən sonra mən yeni milli akademiyanın yaradılması haqqında fərman imzalayacağam. O, ABŞ Kosmik Akademiyası adlanacaq. Bu, çox mühüm bir hadisədir", - Tramp qeyd edib.

Çıxışından sonra ABŞ Prezidenti müvafiq fərmanı imzalayıb.