Abort qadağan edildi
Tanınmayan "Abxaziya Respublikası"nın "prezidenti" Raul Hacimba "Səhiyyə haqqında" qanun imzalayıb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, bu qanuna görə, respublika ərazisində abort qadağan edilir. "Dövlət dünyaya gəlməmiş uşağın yaşama hüququnu tanıyır və hamiləliyin süni yol ilə dayandırılmasını qadağan edir. Uşaq və ananın yaşama hüququnun bərabərliyini nəzərə alaraq dövlət bu hüququ müdafiə edir", - Qanunda deyilir. Hamiləliyin süni şəkildə pozulmasına görə, Cinayət Məcəlləsinə müvafiq olaraq məsuliyyətə cəlbolunma nəzərdə tutulur, dölün bətndaxilində ölümü istisnadır. Dövlət, həmçinin hər doğum evi nəzdində psixoloq və dini təşkilatların nümayəndələrini iştirakı ilə kritik hamiləlik mərkəzi yaratmağı öhdəsinə götürür. Bu qanunla Abxaziyada insan embironları üzərində kliniki sınaqların keçirilməsi də qadağan edilir.
Digər Xəbərlər
04 May 2024 21:30
Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb
04 May 2024 10:00Estoniya parlamentində qalmaqal: Deputat cinsi təcavüzdə ittiham olunur
04 May 2024 09:19Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
04 May 2024 09:10Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
03 May 2024 22:37