adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Aprel 2020 17:03
43017
LAYİHƏ

ABDULLAHLILAR NƏSLİNİN AĞSAQQALI

(əvvəli ötən sayımızda)

Əbdüləli kişinin qardaşı isə, mənədərs deyən dil-ədəbiyyat müəllimim Əhmədəli müəllim 1946-cı ildə "Fədakar əməyəgörə", 1949-da "Qırmızı Əmək Bayrağı" orden və medallarına,1960-cı ildə "Əməkdar müəllim" adına təqdim olunubdur. Oğlu Ehsanİsmayıllı rayon Partiya Komitəsinin ikinci katibi olur. Bir Abdullahlı olaraqad-san qazanmış bu adamlar, heç bir vaxt doğma kəndlərini, həmkəndliləriniunutmamışlar, lazımı köməkliklərini göstərmişlər. Mənsub olduqları nəslinxeyriyyəçi ənənələrini davam etdirərək, "Azneft" aparatında yüksək səlahiyyətlərsahibi olmuş Mübarək Məmmədov, kəndin artmaqda olan su təlabatını yaxşılaşdırmaqməqsədilə dəfələrlə kəndə polad borular, qaynaq aparatı, traktor, işçi qüvvəsigöndərir. Ehsan müəllim isə 1950-ci illərdə kəndə maşın yolunu çəkdirən ilk adam olub.

Müharibədən qayıdan, kənddəqalıb ömürlərini əkin-biçinlə bağlayan digər Abdullahlılar, sözün əsl mənasında kəndin həqiqi başı papaqlı kişiləriidilər.

Kənddə-kəsəkdə ən barışmaz,düyünə düşmüş işlər məhz onların əli ilə yoluna qoyulardı.

Xeyirdə-şərdə məclisin başındaoturdardılar. Məhəmməd, Şirin, Həmid, Səmid, İsaqulu, Cəbrayıl, Emin, Mülük,Şamil, Hümbət, Sürmə Əlisi, Fikrət və bir çox dağdan ağır Abdullahlıağsaqqalları, küçə-bacada göründükdə,qız-gəlinlər həya edərdilər, yaşmaqlanardılar, yeniyetmələr pul kimiqızarardılar, yollarını dəyişərdilər. Kəndə hər cür yeniliyi, tərəqqini onlar gətirərdilər.Toy şənliklərində və yas mərasimlərində yardımlaşmaları, ataları müharibədə həlak olmuşların ali təhsil alan övladlarınamaddi yardım göstəmək, onların ailə qurmalarına köməklik göstərmək dəbini dəonlar qoymuşdular. Rayon mərkəzindən kəndə göndərilən mötəbər qonaqlar, yalnızbu insanların ailə qayğısına etibar edilərdi.

İsaqulu babanın bacısı, həyatda105il ömür sürmüş xanım-xatın el ağbirçəyi, mərhum Sürmə nənənin 40-45 il əvvəlsöylədiyi məzəli bir əhvalatı yazımıza daxil etmək istəyirəm:

"Müharibə illərində, başdaƏlili olmaqla (Qorxmaz Əlilinin atası) kəndə kino çəkənlər gəlmişdi. Onlarqardaşım İsaqulunun evində yerləşmişdilər.

"Kukuruznik" adlananbir təyyarəni də kəl yedəyinə qoşub sürüyə-sürüyə kəndə gətirmişdilər. (QEYD: həmintəyyarəni gətirərkən qanadının ilişdiyiarmud ağacı indi də durur.). "Kor bulaq" adlanan yamacın zirvəsindəqol-budağı qurumuş iri bir ağaç basdırmışdılar, guya bura pirdir. (O vaxtdan buyer indi də "Əlili Piri" adlandırılır). Çəkiliş qrupunun tərkibindəLeyla Cavanşirova (Bədirbəyli) və Ayna adlı bir qız da vardı. Leylanın eləvaxtları idi ki, aya, günəşə çıxmalarını qadağan etmişdi. Bir gün qızlarıyoluxmaq üçün qardaşımgilə gəlmişdim. Evimizə qayıdanda Leyla ilə Ayna da mənəqoşulub bizə getdilər. Yolda Leyla mənə yan alıb xısın-xısın sirr verdi ki, bəs,qonşuluqda yaşayan bir kişi mənə maraq göstərir, him-cim eləyir, hətta bir neçədəfə çanta-çanta meyvə də göndərib"…

Sürmə nənə məsələdən haliolduğunu Leyla xanıma bildirir. Növbəti gün məsələni qardaşı İsaquluya açıbdanışır. O da, Leylaya bir könüldən min könülə vurulan "aşiqin" özqonşusu, 5 uşaq atası Qulu kişinin (şofer Yarməmmədin atası) olduğunu müəyyənedir, yaxşıca dərsini verir.…

Leyla xanım, aqibəti məlumolmayan o uğursuz filmdən və baş tutmayan "nakam məhəbbətdən" sonrada, uzun illər İsaqulu kişini, arvadı, tacir qızı, acar millətindən olan Annaxanımı heç vaxt unutmadı, onları mütamadi olaraq Tircanda da, Bakıda - Mirzə FətəliAxundov, 30-dakı evlərində də tez-tez yad etdi.…

Abdullahlılar nəsli nəhəng,uzun ömürlü bir çinar ağacına bənzəyir. İlbəildən qol-budaq atıb, Hacı Məmmədevi, Hacı Əli evi, Hacı Səbzəli evi, Hacı Əbdülxalıq evi, Zülfüqar evi, Müseyibevi, İsmayıl evi, Fətəli evi, Bədəl evi, Kamil evi, Zərbəli evi, İsgəndər evi,Məcid evi, Mütəllim evi, Şahalı evi, Niftalı evi, Hacalı evi və i.a. kimi tanınsa da, hamısı birlikdə Abdullahlı nəslinintərkib hissəsi olaraq qalır. Bu yazdıqlarım ancaq 19-cu əsrə aid olanqol-budaqlardır.

Əgər bu qol-budaqlardan ayrılanşaxələri, pöhrələri və fidanları da nəzərə alıb qeydiyyata alsaq, buna nə ömüryetər, nə də səbr. Nəslin səsi dünyanın hər bir nöqtəsindən gəlir. Onları birləşdirənyalnız nəsil adıdır. Toyda, düyündə bir yumruq kimi birləşməyi bacarırlar.Onların yasları da toyları kimi izdihamlı olur.

Xilqətinə, qan yaddaşına uyğunolaraq, pis əməllərinə görə, el arasında hörmətsiz adlarla çağırılan nəsilləradlarına düzəlişlər etsələr də, öz əvvəlki adlarında qaldılar, Abdullahlılar səviyyəsinə yüksələbilmədilər. Burada bir rəvayət də yadıma düşdü: Rəvayət edirlər ki, Adəm PeyğəmbərYerə endiriləndən sonra, onun ilk ziyarətinəceyranlar gedir. Geri döndükləri zaman şeytanlarla rastlaşırlar, gözəl ətirqoxusu saçan ceyranlardan haradan gəldiklərini soruşurlar. Onlar: "AdəmPeyğəmbərinin ziyarətindən" deyə cavab verirlər. Şeytanlar bir-birinəbaxışırlar və qərara gəlirlər ki, üst-başlarından gələn üfunəti yox etmək üçünonlar da gərək Adəm Peyğəmbərinin yanına getsinlər. Və gedirlər. Oradanqayıtdıqdan xeyli sonra da, şeytanlardan gələn pis iy nəinki azalır, həttaçoxalır. Şeytanlar təkrarən Adəm Peyğəmbərinin yanına gedirlər və deyirlər:

"Ya Peyğəmbər, biz səninyanına gəlmişdik ki, bizdən də ceyranlar kimi ətir qoxusu gəlsin, amma bizdə tərsinəoldu, pis iyimiz daha da çoxaldı. Bu nə sirrdir?". Adəm Peyğəmbəri cavabverir ki, ceyranlar məni ziyarət niyyəti ilə gəlmişdilər. Siz şeytanlar isəüstünüzdən üfunətin götürülməsi üçün gəlmişdiniz O üfunət, Allah tərəfindən sizşeytanlara verilən irsi qoxudur",- deyir. Ona görə də atalar belədeyibdir: "Hər əməl niyyətə bağlıdır", "Nəsil itməz, yağ iyiməz".

Abdullahlılar nəslinin bugünküağsaqqalı Bərxuda Heyranqulu oğlu Bədəlovdur. Onun nə orta təhsili var, nə dəali.

Peşəsi sürücülük olubdur. O busadə peşəsi ilə el, camaat arasında ən yüksək elmi dərəcəsi, ən yüksək rütbəsi,ən yüksək vəzifəsi olan adamlardan dəfələrlə yüksək hörmət və izzət sahibidir.O, 86 illik ömrü boyu həmişə kiminsə işinə yarımaqdan qürur hissi keçirib,rahatlıq tapıb. Gecənin istənilən çağında, boranlı-çovğunlu günlərdə ona edilənmüraciətlərin hansınısa cavabsız qoyduğunu xatırlamır. Tikintisi yarımçıqqalmışların işinə təmənnasız yardım göstərib.

Girdiman çayı üzərində körpüolmadığı dövrlərdə dəfələrlə həyatını təhlükə qarşısında qoyub, insanlara yardıməlini uzadıb. Oğlu həbsdə olan bir qadına uzun müddət əsl oğulluq edibdir. Bərxudakişi üçün nəsil, qohum anlayışı yoxdur, nəslinin "qan yaddaşına"uyğun olaraq hərəkət edib. Bu əsl insanlıq duyğusu, Bərxudaya nəinki nəsil,qohumlar arasında, hətta ümumkənd, ümum İsmayıllı məhəbbəti qazandırıbdır. Bərxudakişi başqa cür ola da bilməzdi. Göz açıb ağlı kəsəndən, Abdullahlı nəslininağsaqqalı olmuş əmisi İsaqulu kişinin halal çörəyini yeyibdir, onun namazvaxtları dediyi bu dualarını eşidibdir: "Allahım, son dönüşümüz sənədir.Hüzuruna alnı açıq, üzü ağ gəlmək üçün bizi yaxşı əməllər sahibi et".İsaqulu kişi o kişilərdən idi ki, ac-yalavac kənd adamlarının min zəhmətbahasına emal etdikləri qaxı, alça lavaşnasını müsadirə etmək üçün dəvətolunmuş milis işçiləri kəndə gələndə, onları yarı yoldaca qarşılayıb evinə dəvətedər, min dillə, min sözlə, ələ alıb yola salarmış. Bir xeyriyyəçi olaraq, Acıdərəadlanan yerdə saldığı yol, bu gün də "İsaqulu yolu adlanır". Ağır, IIDünya Müharibəsi illərində çoxsaylı insanları ölümün yaxasından xilas edən"İsaqulunun qoşa su dəyirmanları"nın xarabalıqları bu gün dəqalmaqdadır. Ruhun şad olsun, İsaqulu baba.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.