Abdullah Gül Bakıda “Şəhidlər məscidi”ni ziyarət edib
Azərbaycanda səfərdə olan Türkiyənin 11-ci prezidenti Abdullah Gül bu gün Şəhidlər Xiyabanı və Türk Şəhidliyini ziyarət edib.
Adalet.az Report-a istinadən xəbər verir ki, Abdullah Gülü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral müşayiət edib.
Abdullah Gül Şəhidlər Xiyabanınınn yaxınlığında yerləşən "Şəhidlər məscidi”ndə də olub.
Məscidlə tanış olan Abdullah Gül daha sonra Türkiyənin Azərbaycan səfirliyinin Diyanət İdarəsi Nümayəndəliyini ziyarət edib. Türkiyənin eks-prezidenti burada çay süfrəsi ətrafında söhbət edib.
Abdullah Gül Bakıya səfərinin onda xoş xatirələr yaratdığını söyləyib: "Hər dəfə Azərbaycana səfər edəndə özümü Vətənimdə hiss edirəm. Azərbaycan bizim üçün doğma ölkədir”.
Qeyd edək ki, Abdullah Gülün Azərbaycana səfəri bu gün başa çatıb.
Digər Xəbərlər
02 May 2024 16:33
Məzahir Pənahov: Noyabrda parlament seçkiləri olmalıdır, müddət önə də çəkilə bilər
02 May 2024 16:08Azərbaycandan dünyaya sülh, təhlükəsizlik çağırışları
02 May 2024 16:04Aqiyə Naxçıvanlı: “Azərbaycanın təcrübəsi bir çox ölkələrdə mədəniyyətlərarası dialoqun qurulması və qorunması məqsədilə istifadə edilə bilər”
02 May 2024 16:02Prezident SƏRƏNCAM İMZALADI: Bu şəxslərə birdəfəlik maddi yardım veriləcək
02 May 2024 13:32