Abdulla Gülün siyasi arenaya dönüşü sual altındadır
Türkiyənin sabiq prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından olan Abdulla Gül iyunda keçiriləcək parlament seçkilərində iştirak etməyəcək.
Adalet.az-ın məlumatına görə, bunu AKP rəsmisi deyib: "Gülün öz qeydlərindən başa düşdüyümüz qədər o növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək”.
Qeyd edək ki, ötən ilin avqustunda öz postunu tərk edən Gül aktiv siyasətə qayıtmaq niyyətində olduğunu bildirib. O qeyd edib ki, siyasi fəaliyyətlə məşğul olacağı yeganə partiya AKP-dir.
Bu yaxınlarda Türkiyə XİN rəhbəri Ahmet Davudoğlu özünün və prezident Ərdoğanın Gül ilə görüşdüyünü deyib: "Lakin danışıqlar zamanı AKP-yə qayıtmaqla bağlı təklif yox idi. İndi bu məsələni müzakirə etmək çox tezdir”.
Digər Xəbərlər
29 Aprel 2024 12:25
Bu ölkədə qızılcadan onlarla uşaq dünyasını dəyişdi
29 Aprel 2024 12:09Si Cinpin Fransa, Serbiya və Macarıstana səfər edəcək
29 Aprel 2024 11:57Gürcüstan parlamentində təhlükəsizlik tədbirləri gücləndirilib
29 Aprel 2024 09:43Tramp Baydeni ABŞ-ın ən yaramaz prezidenti hesab edir
29 Aprel 2024 09:42