Bu xəstəliyi olanlara qəhvə içmək olmaz
İspaniya Daxili Təbabət Cəmiyyətinin həkimləri müəyyən qrup insanlara qəhvə qəbulundan tamamilə imtina etməyi tövsiyə ediblər.
Adalet.az xəbər verir ki, mütəxəssislər xüsusilə qastrit diaqnozu qoyulmuş şəxsləri tərkibində kofein olan içkilərdən uzaq durmağa çağırıblar.
Həkimlərin sözlərinə görə, bu xəstəlik zamanı mədənin selikli qişasını zədələməyən və həzm prosesini yaxşılaşdıran balanslı pəhrizə riayət etmək vacibdir.
Bu səbəbdən rasiondan qəhvə ilə yanaşı, qırmızı və emal olunmuş ət, yüksək yağlı qidalar, hazır şirniyyatlar, şokolad, çay, acı yeməklər, qazlı içkilər və spirtli içkilər də çıxarılmalıdır.
“Sağlam qidalanmaq, stresdən uzaq durmaq və turşuluğu neytrallaşdıran və ya onun yaranmasının qarşısını alan qələvi tərkibli vasitələrlə müalicə olunmaq lazımdır”, - deyə həkimlər vurğulayıblar.
Digər Xəbərlər
24 Oktyabr 2026 10:23
Lotereyada ada qazanmışdı - 220 minə satır
24 Oktyabr 2026 09:13
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
22 Oktyabr 2026 09:10
Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı
21 Oktyabr 2026 08:53


Bakı -°C

