“Öz işinə qarış, Azərbaycanın işi sən girən kol deyil”
“Qaldı Sarala - sarala...Gəlin, açıq danışaq. Başörtüsü məsələsi qısa müddətdə dövlətin süverenliyi məsələsinə çevrildi. Hətta bir rəsmdə deyəsən Shehriyar Sarica idi müəllifi, yazılmışdı ki, Prezident əvvəlcə torpaqları azad etdi, indi isə xalqımızı. Nə baş verdi? Oktay Saral kimdir? Türkiyə Cümhurbaşqanının Başdanışmanı idi. Vəzifəsi - Türkiyə dövlətinə xidmət etmək idi. Amma 13 Oktyabrda durduğu yerdə Azərbaycanın daxili təhsil qərarına qarışdı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
O, bildirib ki, həmin günlərdə Azərbaycan rəsmi qaydada elan etdi ki, söhbət ümumiyyətlə "başörtüsü yasağı"ndan getmir:
“Söhbət məktəbdə vahid uniformanı pozan, dünyəvilik prinsipinə zidd olan əlavə geyimlərin qadağasından gedir. Yəni qanun hamı üçündür, uniforma hamı üçündür. Saral isə buna qarşı çıxaraq, araşdırmadan sosial mediada populist çıxışlar edərək, "Qəbul edilə bilməz!"deyib ortalığı bir- birinə qatdı. Əsas sualı da haqlı olaraq, biz verdik:Sən kimsən ki, Azərbaycanın təhsil sisteminin nəyi qəbul edib-etməyəcəyini müəyyən edirsən? Bəs Ankara niyə dərhal tədbir gördü? Çünki Bakı haqlı olaraq məsələni qaldırdı. Mənbələrin Middle East Eye-a dediyi faktı və bu gün Talat Atilla-nın təsdiqlədiyi kimi, Azərbaycan rəsmi kanallarla bildirdi ki, "Bizim daxili işimizə qarışan Başdanışman istəmirik."Və nə oldu? Bu gün Talat Atilla özü yazır:"Görevden alındınız mı? diye sordum. Evet. Biz makamlarla kaim değiliz. Sayın Cumhurbaşkanımız göreve getirdi, kendisinin talimatıyla ayrıldım dedi. Azerbaycan'la ilgili açıklamalarınız nedeniyle mi? diye sordum. Evet, öyle görünüyor karşılığını verdi." Yəni adam özü etiraf edir ki, Azərbaycan açıqlamasına görə getdi.Bu nə deməkdir?”.
Onun fikrincə, bu o deməkdir ki, Türkiyə dövləti Azərbaycanın haqlı mövqeyini anladı:
“Prezident Erdoğan özü talimat verib Saralı göndərdi. Çünki Erdoğan bilir: Azərbaycan - Türkiyə münasibətləri bir başdanışmanın Twitter populizmindən qat-qat böyükdür. "Bir millət, iki dövlət" şüarı, kiminsə şəxsi reyting yığmaq üçün məsələ ola bilməzdi.Saral kimilərə dərs olmalıdır:1. Azərbaycan dünyəvi, hüquqi dövlətdir. Məktəb uniforması qaydasını Bakı müəyyən edər, Ofdan gələn başdanışman yox.2. Sən başörtüsünü müdafiə etmək istəyirsənsə, əvvəl öz ölkəndəki problemləri həll et. Azərbaycan qadınına sən din öyrətmə. Azərbaycan qadını həm hicablı, həm savadlı, həm də dövlətinə sadiq olmağı səndən yaxşı bilir.3. Dövlətlərarası münasibətlərdə həddini bilmək lazımdır. Başdanışman dövlət adına danışır. Dövlət adına danışırsansa, sözünün hara gedib çıxacağını bilməlisən.Bu gün Saralın getməsini Bakının sözünün Ankaranın ən yüksək kabinetində eşidilməsi kimi görürəm.Ona görə də bu məsələ bağlandı. Saral getdi, Azərbaycan-Türkiyə qardaşlığı qaldı. Nöqtə. İndi Ankarada Əliyevi gözləyirlər, səni isə harda...Öz işinə qarış, Azərbaycanın işi sən girən kol deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Oktyabr 2026 11:35
Ceyhun Bayramovun niderlandlı həmkarı ilə görüşü başladı
26 Oktyabr 2026 11:27
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
26 Oktyabr 2026 11:00
Azərbaycan XİN Avstriyanı təbrik etdi
26 Oktyabr 2026 10:49
“Hindistan Azərbaycanla münasibətləri inkişaf etdirməyə çalışır”
25 Oktyabr 2026 15:08
”Beynəlxalq idman tədbirləri mövcud potensialın nümayiş etdirilməsinə şərait yaradır”
25 Oktyabr 2026 13:04
Prezidentin futbolçularla görüşündə maraqlı anlar - VİDEO
25 Oktyabr 2026 12:58
Bütün dondurulmuş münaqişələr yenidən alovlanır - Səxavət Məmməd yazır
25 Oktyabr 2026 11:10


Bakı -°C

