adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 11:17
72
ŞOU-BİZNES
A- A+

Əməkdar artist: “… artıq zəhmətlə pul qazanmaq istəmirlər”

Əməkdar artist Elnarə Abdullayeva  açqlaması ilə diqqət çəkib.

Adalet.az bildirir ki, ifaçı bəzi insanların zəhmətə alışmaq istəmədikərini söyləyib:

“Hər kəs deyir ki, oxumaq olmasa, müğənnilik sənəti olmasa  müğənnilər nə edərdi bəs? Əlbəttə, düşünürəm ki, heç kəs ac qalmazdı. Hər kəsin ruzisin yaradan bir yerdən yetirir.  Məsələn, kənddə əkin- biçinlə məğul olardım. Təsərrüfat işlərini yaxşı bacarıram, o sahədən pul qazanardım. Bir sözlə, əsla möhtac qalmazdım. İş ola- ola işləməyib,gözü yüksəklərdə olan insan, əlbəttə, həmişə ac qalacaq.Bu, hər kəsə aid deyil, ancaq insanların bir çoxu artıq zəhmətlə pul qazanmaq istəmirlər. Daha asan vasitələr axtarırlar. Amma anlamırlar ki, hər işin öz çətinliyi var”.

Əntiqə