adalet.az header logo
  • Bakı -°C
09 Oktyabr 2026 10:18
51
SİYASƏT
A- A+

“Cənubi Qafqazdakı durum isə tərəflər arasında üçtərəfli görüşü zəruri edir”

“Gözlər MDB Dövlət Başçıları Şurasının Türkmənsitanda keçirilən sammitinə dikilib. Putin, Əliyev və Paşinyan arasında rəsmi şəkildə üçtərəfli görüşün planlaşdırılmadığı deyilsə də, belə bir görüşün təşkil edilmə ehtimalı böyükdür. Görünür, bu səbəbdən Paşinyan ikibaşlı danışıb – bir yandan tərəflər arasında rəsmi görüşün nəzərdə tutulmadığını deyib, o biri yandan da “Prosesin gedişində buna ehtiyac olduğu məlum olarsa, o zaman bu, baş tuta bilər” cümləsini işlədib”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

O, bildirib ki, bununla da Paşinyan üçtərəfli görüşün onun iradəsindən asılı olmadığını və daha çox Putinin istəyi ilə gerçəkləşə biləcəyinə açıq eyham vurub:

“Hazırda Cənubi Qafqazdakı durum isə tərəflər arasında üçtərəfli görüşü zəruri edir. Türkiyə - Ermənistan sərhədlərinin açılması yönündə pərdə arxasında aparılan danışıqlar, Türkiyə - Azərbaycan münasibətlərində yaradılan məqsədli gərginlik, “Zəngəzur dəhlizi”nin – TRİPP layihəsinin perspektivi, 2020-ci ilin 10 noyabrındakı üçtərəfli atəşkəs razılaşmasının əsas zəmanətçisi olan Rusiyanın iştirakıyla yekun sülh sazişinin imzalanıb-imzalanmayacağı kimi məsələlər hələ də açıq qalır”.

Vasif ƏLİHÜSEYN