adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Mart 2020 14:11
37394
MARAQLI

9 yaşlı qardaşı ilə ailə quran Kleopatra

"Eurovision”daAzərbaycanın "Kleopatra” mahnısı ilə təmisl olunacağını nəzərə alıb size Kleopatrailə daha ətraflı tanış etmək istəyirəm.

Kleopatra Helenistik Misirin son kraliçası, güclü qadın, bütün dünyada məşhur şəxsiyyət, şairə, əczaçı və tədqiqatçıdır.

Bugünkü günəqədər onun həyat, sevgi və faciəvi vəfat tarixi sona qədər məlum deyil. İki minildən çoxdur ki, Kleopatranın obrazı sirlərlə bəzədilib. Lakin buna baxmayaraqqədim və müasir tarixçilər eyni fikrə gəlirlər: misir kraliçası ağıllı, hökmlü,cazibədar, cəsarətli bir qadın idi. O, yeddi dildə danışırdı, fəlsəfə üzrə,ölçü vahidləri, sikkə sistemi və həmçinin saç düzümləri və kosmetika haqqındakitabların müəllifi olub.

Kleopatraəsrlər boyu yalnız öz siyasi fəaliyyəti və Misiri romalılardan xilas etməkcəhdləri ilə şöhrət tapmayıb. Misir kraliçası Yuli Sezar ilə sevgi münasibətivə roma sərkərdəsi Mark Antoni ilə dramatik sevgi tarixçəsi ilə də məşhurdu.Məhz bu tarixi faktlar bir çox filmlərin və ədəbiyyat əsərlərinin əsasına daxilolublar.

Kleopatraolduqca zəngin və rəngarəng həyat yaşayıb və b. e. ə. 30-cu ilin 12avqustunda vəfat edib. O, Aksium ətrafındakı döyüşdə məğlubiyyət yaşadıqdansonra özünü ilan zəhəri ilə zəhərləmişdi.

18 yaşında olarkən Kleopatra öz 9 yaşlı qardaşı XII Ptolemey ilə ailəhəyatı qurur. ÇünkiPtolemey adətinə görə qadın tək hökmranlıq edə bilməzdi.


Öz kiçik qardaşı ilə Kleopatra 4 il ərzində ölkəni idarə edir.
Sonra isə XII Ptolemey Kleopatra vəonun tərəfdaşı Yuli Sezara qarşı qiyam qaldırır, məğlub olaraq qaçır və Nildəbatır.


Öz ağlı və cazibədarlığı sayəsində Kleopatra öz dövrünün iki ən məşhursərkərdələrini – Yuli Sezar və Mark Antonini – özünə aşiq etmişdi.
Və bununla Misirə 20 illikmüstəqillik təmin etmişdi.


Kleopatranın dörd uşağı var idi: Sezariona (Yuli Sezardan), Aleksandra Heliosa,Kleopatra Selena və II Ptolemey Filadelf (Mark Antonidən).

Plutarxın dediklərinə görə, Sezarı ram etmək üçün Kleopatra onu ədyalabürüməyə, sonra iplə bağlamağa və Yuliyə gətirməyi əmr etmişdi. Belə etməklə o, özünü Sezara təslimetdiyini demək istəyirmiş.

Mark Antoni kraliçanı ilk görüşə dəvət etdiyi zaman Kleoptra bir neçə dəfəonun təklifini rədd etmişdi. Həmin vaxt Kleopatra al yelkənləri olan gəmi inşa etdirirdi və sərkərdənitəəcübləndirmək istəyirdi.


Kraliçanın bədxərcliyinin həddi yox idi, onun sərvətlərinin isə ucu bucağı yoxidi.
Məhz bunagörə qədim əlkimyaçılar Kleopatranın fəlsəfə daşına sahib olduğunu və metallarıqızıla çevirdiyini düşünürdülər.

Təbib Halenin sözlərinə əsasən, Kleopatra kosmetologiya ilə maraqlanırdı. O, Sezara saç tökülməsi ilə mübarizəaparmağa kömək edirdi.


Tarixi faktlara əsasən, Kleopatra bütün zəhərli maddələri yığırdı vəzindana düşərək məhkumların üzərində müxtəlif tədqiqatlar aparırdı.

Aksium ətrafında məğlubiyyətdən sonra Mark Antoni və Kleopatra «Ölülərittifaqı» yaradırlar və bir yerdə ölməyə and içirlər. B. e. ə. 30-cu ildə Kleopatranınyalan ölüm xəbərini alan Mark Antoni özünü qılınc önünə atır.

Versiyalardanbirinə əsasən, kraliçanın məzarlığına əlində küpə ilə bir kəndli girir. Həminküpədə kobra var idi. Məhz həmin kobra kraliçanın vəfatına səbəb olur.

Digərversiyaya əsasən isə Kleopatra içi boş olan saç sancağında zəhər saxlayırdı. Vəməhz bu zəhəri Kleopatra və onun iki qulluqçusu qəbul edirlər.


Tarixçi Kristofer Şeferə əsasən Kleopatra kobranın dişləməsindən deyil, opiumvə baldıran otu bitkilərinin ölümcül qarışığından vəfat edib.
Həmin qarışıq bədəndə iz qoymur.

Bir çoxları Kleopatranın gözəl olduğunu hesab edirlər. Lakin tarixçilər əksini düşünürlər.Kembric universitetinin alimləri kraliçanın üzünün modelini düzəltməyə müvəffəqolmuşlar. Kleopatra bugünkü meyarlara görə gözəl sayılmırdı.


Dilimizə uyğunlaşdıran Eminquey