9 və 12 yaşlı iki qardaş Xəzərdə boğuldu
Ağstafa sakinləri Xəzər dənizində boğulub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə ötən gün axşam saatlarında Abşeron rayonunun Novxanı çimərliyində qeydə alınıb.
Ağstafa rayonunun Poylu qəsəbəsindən olan Əliyevlər ailəsi axşam saatlarında dənizə çimməyə gedib. Dənizdə çimərkən ailənin böyük uşaqları - 12 yaşlı Zahid və 9 yaşlı Amil bir qədər uzaqlaşıb.
Övladlarının yoxluğunu görən ata Aqil Əliyev onları axtarmağa başlayıb.
Məlum olub ki, dalğalı dənizə girən azyaşlılar suda boğulublar.
Onların sudan çıxarılan meyitləri bu gün səhər saatlarında doğulduqları Ağstafa rayon Poylu qəsəbəsinə gətirilib.
Qeyd edək ki, ailə 3 ildir, Novxanı qəsəbəsində kirayədə yaşayır.
Digər Xəbərlər
30 Aprel 2024 11:53
Ötən gün 3 azyaşlı xilas edildi - VİDEO
30 Aprel 2024 11:30Azərbaycanda sevgilisi tərəfindən yandırılan qadın ölüb
30 Aprel 2024 10:10Bakıda zəncirvari qəza: 9 avtomobil toqquşdu
30 Aprel 2024 10:02Sumqayıtda 5 ədəd qumbara tapıldı - VİDEO
30 Aprel 2024 09:53