adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Fevral 2017 14:39
2931
GÜNDƏM

9 ölkə, 21 ştat və daha çox...

Xocalı qətliamıdünya medaiasında illərdir işıqlandırılır. Dünyanın 9 ölkəsi və ABŞ-ın 21 ştatıXocalı soyqırımını rəsmi şəkildə tanıyır. PrezidentAdministrasiyasının "Xocalı soyqırımı ilə bağlı tədbirlər plan”ına uyğunolaraq müxtəlif ölkələrdəki səfirliklərimiz Xocalı soyqırımının dünyayatanınması istiqamətində mütəmadi tədbirlər həyata keçirirlər. Müxtəlif dillərdə kitablar, məqalələr çap olunur. Həmvətənlərimizləbərabər digər dünyaca məhşur jurnal və qəzetlərdə tanınmış qələm adamları məqalələrindəXocalıya ədalət prinsipi ilə dəstək göstərirlər. Erməni yalanı dünyayaçatdırılır. Nyu York küçələrində, metrodayancaqlarında, avtobuslarda "Xocalıya ədalət” şüarı yerləşdirilib. Bunları bacarmışıq.O cümlədən "justiceforkhojali” haştaqı də sosial şəbəkələrdə və medaiada kifayətqədər nüfuz qazanıb. 

www.justiceforkhojaly.org. İnternet səhifəsində Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün kifayətqədər məlumat bazası yerləşdirilib. Saytda Xocalı faciəsinin tarixi, bu barədəfotolar, eləcə də faciənin dünyaya çatdırılması üçün görülən işlərlə bağlı bölmələrvar. Bundan başqa, ABŞ-da sosial mövzularda yaradıcılığı ilə tanınımış repifaçısı Toni Bləkman və Azərbaycanın rep qrupu "Dəyirman” tərəfindən ifaedilmiş "Xocalıya ədalət” rep üslublu mahnının təqdimatı Xocalı faciəsi həqiqətlərinindünyada yayılmasında xüsusi rol oynayb. "Xocalıya Ədalət” rep mahnısınınkeçirilməsi 2010-cu ilin noyabrında təşkilatın koordinatorlarının toplantısındaqərara alınıb. Yaradıcı üslubla Xocalı faciəsini çatdırmaq məqsədi güdən bulayihə həm yerli, həm də xarici musiqiçilər tərəfindən hazırlanıb. Rep bütün dünyada populyar bir üslub olduğundan,bu üslub seçilib. "Xocalıya ədalət” rep mahnısının aranjimançısı tanınmış səsrejissoru, 3 dəfə "Qremmi” mükafatı laureatı Qordon Vilyamsdır. Mahnının sözlərininmüəllifi və ifaçısı isə Toni Bləkməndir. Onunla yanaşı, Azərbaycanın rep qrupu"Dəyirman” da mahnını ifa edib.

Bütünbunlar və digərləri Xocalı həqiqətləriniyaymaq üçün kifayət edirmi?

Təbiiki, daha çox fəaliyyət və zəhmət göstərmək lazımdır. İstər beynəlxalq təşkilatlarolsun istər dünya ölkələrinin liderləri olsun, onların baxışında Xocalısoyqırımı ilkin dövrlərindəki kimi yadda qalıb. Bizim üçün başqa ölkələrdə törədilənqətliamlar necə adi nəzərə çarpırsa onlar üçün də Xocalı soyqırımı eyni fəzadadayanır. Lakin 613 günahsız insanın öldürülməsi, körpələrin, yaşlıların vəhşicəsinəqətlə yetirilməsi işin içində varsa humanist dəyərlər buna susmamalıdır. Aralıqdənizində miqrantların faciəsini yəqinki çoxları xatırlayır. Sahildə azyaşlıuşağın meyitinin tapılması dünyanı ayağa qaldırdı. Bütün dünya mediası buolaydan danışırdı. Azyaşlı uşağın həyatı problemləri insanlığın daim diqqətindəolan mövzudur. Nəinki Xoacalıda, Qarabağ müharibəsi dövründə də yüzlərlə körpə ermənivəhşiliyinin qurbanı oldu. Məhz bu cəhətdən dünya xalqları öz reaksiyalarını verməlidirlər.Əvvəlcə isə təbliğatı və erməni yalanlarını üzə çıxarmaq təşəbbüsünü gücləndirməklazımdır.

Qeydedək ki, qətliam qurbanlarının anılması, faciənin dünyaya çatdırılması istiqamətində"Xocalıya ədalət” kampaniyası keçirilir. Son üç ildə 50-dən artıq ölkədə"Xocalıya ədalət” kampaniyası çərçivəsində müxtəlif tədbirlər keçirilib.Kamaniyanın fəaliyyətini əlaqələndirən İKT GF-nin təşəbbüsü ilə Kampalada(Uqanda) İKT Parlament İttifaqının və Düşənbədə (Tacikistan) İKT ölkələri XİN rəhbərlərininiclaslarında Xocalı qırğınını "insanlığa qarşı cinayət” kimi göstərilən sənədlərqəbul edilib. Hazırda kampaniya çərçivəsində dünya ictimaiyyətini Xocalısoyqırımına müvafiq qiymət verməyə çağıran ərizə üçün imza toplamaqla bağlıbeynəlxalq aksiya keçirilir.

Əsasdiqqət jurnalistlərin üzərində cəmlənib. Onlar soyqırımı dünyaya çatdırmasıistiqamətində kifayət qədər işlər görürlərmi? Zaman-zaman qələm əhlinin bu məsələdəkipassivliyi barədə müzakirələrə media mütəxəssisi Arif Əliyev qatılmır. Arif bəy hesab edir ki, bu faciənin dünyada azişıqlandırılması ilə bağlı heç bir təbəqənin, xüsusən də jurnalistləringünahını görmür. Onun fikrincə, bu məsələdə ən səmərəli işin müəlliflərijurnalistlərdir ki, onları da heyranlıqla yada salmaq lazımdır. "Həqiqət həmişəqiymətini almır” deyən ekspertə görə, hazırda Xocalı faciəsinin dünya mətbuatınınmərkəzində olmamasının bir səbəbi var: "Xarici mətbuat keçmiş hadisələrlə bağlıdiqqətini ilk günkü kimi saxlaya bilməz. Necə ki, biz Somali hadisələri və yadigər olaylarla bağlı ilk günkü diqqəti göstərə bilmirik. Digər tərəfdən, bizbunu xarici jurnalistlərin üzərinə vəzifə kimi qoya bilmərik. Bizim mövzunudünyanın gündəminə gətirmək istəyimiz, müraciətlərimiz nə qədər təbiidirsə,onların soyuqluğu, bir qədər laqeydliyi də o qədər təbiidir”. A.Əliyev hesabedir ki, Xocalı faciəsini unutdurmayan bir təbəqə varsa, o da jurnalistlərdir.Unutdurmaq istəyənlər isə siyasətçilərdir: "Bu cür problemlərə hər zaman əndiqqətli münasibəti jurnalistlər göstərib”.


Azərbaycan İnternet Forumun rəhbəri, ekspertOsman Gündüz son dövrlər Azərbaycanın maraqlarının beynəlxalq ictimaiyyətəçatdırılmasıyla bağlı iş aparıldığını dedi: "Amma o da nəzərə alınmalıdır ki,Azərbaycan bu cür sistemli informasiya siyasətini son bir neçə ildəapardığından ermənilərin 50 illik informasiya gücünü yara bilməyib. Hazırda çoxcüzi sahələr qalıb ki, ermənilər orda at oynadırlar. Bu sahələr də tədricən əhatəolunmaqdadır. Amma bu işin sistemli davam etdirilməsinə ehtiyac var. Qarabağmövzusuyla bağlı yeni məlumatların işlənib hazırlanmasına və onların dünyayaçatdırılmasına ehtiyac var. Bu yeni məlumatlar da elmi araşdırmalar, yenifaktların tapılıb dünyaya çatdırılması kimi olmalıdır. Buna da dövlətin qayğısıvə maliyyəsi lazımdır”.

Buarada daha maraqlı bir məqam. Daha doğrusu, olayın adlandırılması, təqdimatı məsələsindəikili standart var. Bu hadisələr Azərbaycanda və Türkiyədə "Xocalı soyqırımı”,"Xocalı faciəsi” kimi adlanır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü”,"Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı”terminindən istifadə etməyə üstünlük verir.

Rüfət Soltan