“8 noyabr – Zəfər Günü” münasibəti ilə tədbir keçirilib
Tədbirdə Azərbaycan Mədəniyyəti Muğam platformasının gəncləri də iştirak ediblər
Noyabrın 3-də Bakı Biznes və Kooperasiya Kollecində “8 noyabr – Zəfər Günü” münasibəti ilə tədbir keçirilib. Tədbirdə Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Biznes və Kooperasiya Kollecin direktoru Elnur Allahverdiyev, Azərbaycan Mədəniyyəti Muğam platformasının Təşkilatı işləri üzrə sədri Ümidə Kəngərli,Vətən Müharibəsi iştirakçıları, Kollecin tələbələri Təbriz Əkbərov, Əli Manafov çıxış edərək 44 günlük Şanlı Vətən Mühraibəsindən, həmin ərəfədə xalqımızın Ali Baş Komandan İlham Əliyevin və Milli Ordumuzun ətrafında necə sıx birləşməsindən söhbət açıblar. Sonra Nərimanov Rayon Gənclər və idman İdarəsi tərəfindən elan edilmiş “Mənim Qəhrəmanım” adlı inşa müsabiqəsinin qalibləri müvafiq dərəcəli diplom və medallar ilə təltif olunublar.
Qeyd edək ki, müsabiqədə 8-11 sinifdə oxuyan şəhid və qazi ailələrinin üzvləri iştirak edibr. Ümumiyyətlə müsabiqədə 25 nəfər şagird iştirakçı olub. Onlardan, I yeri Abdullayev Nihad - “Ankara məktəbi” məktəb – liseyinin şagirdi Süleymanova Zəhra - 93 nömrəli tam orta məktəbin şagirdi II yer İmanzadə Aysu - 193 nömrəli tam orta məktəbin şagirdi Məmmədova Ayan – 57 nömrəli tam orta məktəbin şagirdi III yer Rüstəmli Nəzrin - 177 nömrəli tam orta məktəbin şagirdi Niftəli Rəşid – “Tərəqqi” liseyin şagirdi Əliyeva Fatimə - 177 nömrəli tam orta məktəbin şagirdi tutub.
Sonda Azərbaycan Mədəniyyəti Muğam platformasının solisti 8 - ci Muğam Televiziya müsabiqəsinin diplomatı Səbinə Abbasova tarda Orxan Həsənxanov və nağarada Əbülfəz Abdullayevin müşayiəti ilə “Xudayar təsnifi” və “Qarabağ” mahnısını ifa edib.
Digər Xəbərlər
13 Mart 2026 09:00
DÜNYAYA TÖHFƏ VERMƏK HƏR ÖLKƏNİN İŞİ DEYİL
06 Mart 2026 09:00
İMİŞLİDƏ MÖHTƏŞƏM ABADLIQ İŞLƏRİ
27 Fevral 2026 09:00
AZƏRBAYCAN GƏNCLƏRİ DÜNYANIN ƏN İSTEDADLISIDIR
20 Fevral 2026 09:00
ERMƏNİLƏR QARABAĞ SAVAŞINDA AZƏRBAYCANA YÜZ MİLYARDDAN ÇOX ZİYAN VURUBLAR
06 Fevral 2026 09:00
ONLAR HEÇ VAXT ÖLÜMDƏN QORXMADILAR
30 Dekabr 2025 16:17
“Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması” layihəsi çərçivəsində təltifetmə tədbiri keçirilib
30 Dekabr 2025 15:52
“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir
29 Dekabr 2025 08:30


Bakı -°C

