8 martda xanımınızı nə ilə sevindirəcəksiniz? - SORĞU
Sabah 8 MartQadınlar günüdür. Kommunist hərəkatının fəal iştirakçısı KlaraSetkin 8 Mart Beynəlxalq Qadınlar gününün ideya müəllifi hesab olunur. Qadınlar öz zəhmətlərini görməzdən gələnlərə,hüquqlarını tapdalayanlara qarşı küçələrə axışmışdı həmin gün. Bu tarixdaha sonra bütün dünyada qeyd olunan bayrama çevrildi.
Adalet.az 8 Mart Qadınlar günü ilə bağlı yazarlara sorğu ünvanlayıb– "8 martda xanımınızı nə ilə sevindirəcəksiniz?” Cavabları təqdim edirik.
Aqşin Yenisey: "Mənim yaşadığım evdə"8 mart", "14 fevral", Ramazan, Qurban bayramı deyilən ənənəvigünlər yoxdur. Biz daha çox adi günlərdən zövq almağa, adi günləri bayramaçevirməyə öyrəncəliyik. Hədiyyələrə gəlincə, kimin kefi nə vaxt istəyir o vaxtalır. Məsələn, yayın cırhacırında mənə kürk hədiyyə olunanda təəccüblənmirəm.özüm isə hədiyyə seçməyi, almağı bacarmıram, bu işdə yalnız yarı ac, yarı toxciblərimlə iştirak edirəm."
Nəriman Əbdülrəhmanlı: "Adətən, bu bayramı tortla yolaverirəm. Həyətimizdə ilin bu vaxtı belə qızılgül olduğundan gül almağa ehtiyacolmur. Yəqin ki, bu dəfə də belə olacaq.
Şərif Ağayar: "Kasıbçılıqdı. Hədiyyə ala bilməyəcəm.Heç kimə."
Varis Yolçuyev: "Adətən hədiyyə cibin həmin günkü ölçüsündən asılı olur. Bu dəfə ətir."
Azad Qaradərəli: "Mən hər il xanımıma ətir bağışlayıram. (Bizim öz sevdiyimiz ətrimiz var.) Əvvəllər gül də alardım, amma indi kiçik bağçamızda nərgizlər açıb, bönövşə də dünəndən boy göstərib. Daha almağa ehtiyac qalmır. Hə bir də, hökmən qırmızı şərab alıram hər il. o
Bütün qadınların bayramını təbrik edirəm, öz xanımım da içində."
Zahir Əzəmət: "Bu sürprizdir. Bunu öncədən açıqlamazlar ki."
Mirmehdi Ağaoğlu: "Bir dəstə gül məncə ona olan sevgi və ehtiramımı ifadə edər."
Azər Qismət: "Heç nə. Çünki 8 Martda ümumiyyətlə heçbir hədiyyə bağışlamıram. Yalnızad günlərində."