8 kq narkotiklə tutuldular - VİDEO

Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 44 yaşlı Fuad Fərhadov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a bildirilib ki, həmin şəxsdən 6 kiloqram marixuana 2 kiloqrama yaxın heroin və metadon həblər aşkarlanıb.
Saxlanılan şəxs narkokuryerliyə cəlb edildildiyini və Quba rayonunda gizlədilən narkotik vasitələri pul qarşılığında deyilən yerə aparmağa razılaşdığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə rayon sakini 38 yaşlı Cəmil Abdullayev saxlanılıb. Həmin şəxsin evindən narkotik vasitə olan heroin və marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Azərbaycana yarım ton narkotik keçirməyə cəhd edən mütəşəkkil qrup saxlanıldı

Azərbaycanda 4 nəfər dövlətə xəyanətə görə həbs edildi - Biri hərbçidir

Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı

“Həmin QHT rəhbərlərinə ən ağır cəza verilməlidir”

Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanıldı

İsmayıllıda yeniyetmə oğlan bıçaqlandı

Saxta orden və medal təsis edən QHT sədrləri SAXLANILDI - VİDEO
