“Ukraynanın raket sahəsində Rusiya ilə rəqabət aparacağını demək çox tezdir”

“Ukrayna silahlı qüvvələrinin üç min kilometr atəş məsafəsinə malik “Flaminqo” qanadlı raketlərindən istifadə etməsi, Rusiya ərazisinin dərinliyində yerləşən hərbi obyektlərə, enerji infrastrukturuna, rabitə qovşaqlarına, o cümlədən komando və komando idarəetmə məntəqələrinə dəqiq zərbələr endirməyə imkan verəcək”.
Bunu Adalet.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O bildirib ki, müharibənin ilk günlərindən belə bir imkanlara malik silahların verilməməsi Ukrayna cəbhəsində Rusiyanın kifayət qədər əl-qol açması ilə nəticələndi:
“Bu raketlərin bir ton döyüş başlığı daşıması istənilən obyektin o cümlədən Krım körpüsünü bir neçə zərbə ilə dağıtmaq imkanı verəcək ki, bu da Rusiyanın Ukraynayla danışıqlar prosesində maraqlı görünməsi ilə nəticələnə bilər. “Flaminqo” raketləri “Tomaqavk” raketlərindən daha uzaq məsafədə hədəfləri nişan ala bilir. Digər tərəfdən isə onlar yerli Ukrayna istehsalı olduğu üçün dəyərləri də “Tomaqavk”dan bir neçə dəfə ucuzdur. ABŞ-nin “Tomaqavk” raketləri 450 kiloqram, Rusiyanın “İsgəndər” raketləri 650 kiloqram, Ukraynanın yeni istehsal etdiyi “Flaminqo” isə bir tona qədər döyüş başlığı daşıya bilir. Dəqiqlik məsələsindən istehsalçının dediyinə etibar etsək, bu əvvəldə adlarını çəkdiyi iki raketdən daha üstün səviyyədədir. Lakin bunlardan əmin olmaq üçün raket zərbələrinin görüntülərinə baxmalıyıq və ondan sonra konkret nəsə deyə bilər. Amma istənilən halda Ukraynanın təkbaşına raket sahəsində Rusiya ilə rəqabət aparacağını demək hələlik çox tezdir. Rusiyanın hər ay təxminən 100-ə qədər qanadlı, balistik və aviasiya raketlərindən Ukrayna ərazilərinə atəş açdığını görürük. Ukrayna isə hələlik ayda 50-60 ədəd təxminən raket istehsal edə biləcək. Odur ki, istehsalın Rusiyadan buraxılan raketlərlə prioritet təşkil etməsi üçün ən azından istehsal gücünü dörd dəfə artırmaq lazımdır. Bunun üçün isə NATO və Avropa ölkələri Ukraynaya kifayət qədər böyük yardımlar etməlidirlər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər

Ərdoğan: Türkiyədə əhali sayının 88 milyonu ötəcəyi gözlənilir

"Zelenskini hərbi cinayətkar kimi mühakimə edəcəyəm" - Arestoviç

"İran ABŞ ilə danışıqları bərpa etmək fikrində deyil"

Makron Lyayeni lağa qoydu

"Avropadakı PUA-lar Ukraynanın təxribatı ola bilər" - Medvedev

14 türkün İsraildən geri qaytarılması üçün çalışırıq - XİN

“Qərb Gürcüstanda Rusiyanın dəstəklədiyi hökuməti devirməyə çalışacaq”
