75 yaşın KİTABI
Bu günlərdə tanınmış və sevilən şairimiz Musa Ələkbərlinin “Sözün qiyaməti qopan yerdəyəm” adlı şeirlər və poemadan ibarət kitabı işıq üzü görüb (“Elm və Təhsil” nəşriyyatı. 776 səhifə).
Adalet.az bildirir ki, bu kitabda şairin son iyirmi ildə qələmə aldığı şeirlərinin mühüm bir hissəsi toplanmışdır. Yurd sevgisi, vətəndaşlıq yanğısı müxtəlif mövzularda qələmə alınmış bu şeirlərin içindən sarı bir sim kimi keçir. Şair nədən yazırsa-yazsın, sevgiylə yazır. Poetik tapıntılarına ürəyinin odunu-közünü bəxş edir.
Əhatəli və geniş “Önsöz”ü yazıçı İradə Aytelə məxsus olan kitabda Qarabağ dərdi və vətənimizin bütövlüyü uğrunda qəhrəman oğullarımızın milli mücadiləsinə həsr olunmuş şeirlər xüsusi maraq doğurur.
Milli Qəhrəmanımız Mübariz İbrahimovdan bəhs edən “Mübarizlik dərsi” poeması Musa Ələkbərli yaradıclığının uğurlu nailiyyəti kimi diqqəti cəlb edir.
Müəllifin 75 illik yubileyi münasibətilə çapdan çıxmış bu kitab onun sayca 16-cı şeirlər kitabıdır.
Digər Xəbərlər
08 Noyabr 2025 11:53
“Mən belə bir cəmiyyət heç yerdə görməmişəm...”
07 Noyabr 2025 15:47
Əsrimizin Koroğluları, Babəkləri...
07 Noyabr 2025 14:56
"Hazardan Akdenize" antologiyası Kapadokyada təqdim olunub
07 Noyabr 2025 14:47
“Zəfər. Tam və Qəti Qələbə” kitabı ictimaiyyətə təqdim olunub
07 Noyabr 2025 14:15
"Gözümün nuru - Vətən" filminin təqdimatı keçirilib
07 Noyabr 2025 12:23
Salam Sarvan poeziyasında sözün rəqsi və zamanın palitrası
06 Noyabr 2025 21:24
Kəramət Böyükçölün atasına VƏZİFƏ VERİLDİ
06 Noyabr 2025 11:50


Bakı -°C

