adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Iyun 2019 17:50
23876
ƏDƏBİYYAT

75 NƏDİR Kİ, AY MİSİROĞLU...

İllər eləsürətlə ötüb gedir ki, heç yaxalayıb həmsöhbət də ola bilmirsən. Deyə bilmirsənki, hara tələsirsən belə. Bu qaçhaqaçla, bu qovhaqovla nə demək istəyirsən?Onsuz da Allah bizi bir gün yaratdığı kimi, bir gün də əlimizi sıxıb vidalaşır.Daha doğrusu, götürür bizi öz dərgahına... Bax, belə olan halda ayı, günü, illərihesablamaq hərdən artıq görünür mənə. Lakin adətlər var, yazılmamış qanunlarvar. Və biz də bu adətlərin, bu qanunların içərisində olduğumuzdan istər-istəməziştirakçıya çevrilirik. Və baxıb görürük ki, biz də yaşımızı saymışıq, biz dəillərin hesabatını dinləmişik...

Ən yüyrəkdil nağıl dilidi deyirlər... ən böyük sürət isə xəyala, fikrə aiddir. Mən dənağıl diliylə, xəyal sürətilə qayıdıram o uzaq illərə - gəncliyimizin qaynar,şövqlü, arzu dolu, qətiyyətli və məqsədli çağlarına.

Bizayrı-ayrı rayonlarda doğulmuşuq... ayrı-ayrı bölgələrin insanlarıyıq. ƏgərSovet hökumətinin möhtəşəm gənclik təşkilatı olan Komsomol olmasaydı, bəlkə dəyollarımız kəsişməyəcəkdi. Amma yox, indi fikirləşirəm ki, biz mütləq görüşməliydik.Hansı formada, hansı şəraitdə olmasından asılı olmayaraq, biz qarşılaşmalıydıq,tanış olmalıydıq, dostlaşmalıydıq. Necə ki də olduq! Bu, taleh yazısıdı, onu dəyişməkmümkün deyil. Doğrusunu deyim ki, mən taleyimdən narazı deyiləm. Gəncliyimdə də,sonrakı illərimdə də, elə bugünün özündə də tanış olduğum, dostlaşdığıminsanlar var. Onlarla mənim üçün həyat da maraqlıdı, ömür də xoşdu. Deməli, hərşey insanın özündən asılıdır. Ünsiyyət qurmağı, dəyər verməyi bacarmalısan.Bax, mənim üçün sən də ünsiyyət qurmağı, dəyər verməyi bacaran insanlardansan.Bunu illər də sübut etdi, bunu qoruyub bu günə çıxardığımız münasibət də, bizimailə dəyərlərimiz də...

Onu davurğulayım ki, insanın təkcə qolunun, gücünün, dizinin gücü deyil, həm də dərrakəsinin,zəkasının, məntiqinin güclü olması onun formalaşmasında, onun kəsər, qətiyyətsahibi olmasında çox dəqiq bir missiya yerinə yetirir. Yəni daşı daş üstünəqaldırıb qoymaq təkcə işin hamısı demək deyil. Daşı daş üstünə necə qoymaq vəbundan necə yararlanmaq, bunun faydasını çevrənə, insanlara yönəltmək özü dahaönəmlidir. Bunu ona görə vurğulayıram ki, uzun illərin dostu olan bir ağırtaxtalı, özü, sözü üst-üstə düşən bir KİŞİnin75 yaşı tamam olur.Və mən onun barəsində təkcə düşündüklərimi, yaddaşımayazdıqlarımı, xatirələrimi deyil, onunecə görmüşəm, necə tanımışam və gördüklərimlə tanıdığım necə üst-üstə düşüb...Sonda isə bütün bunlar bir DOSTun bütövlüyü kimi mənim həyatıma daxil olub. İllərin,özü də gözləmədiyiniz, heç ağlınıza da gətirmədiyiniz hadisələrin baş verməsi,quruluşun dəyişməsi, yurd-yuvasız qalmağımız... bütün bunlar həmin o DOSTun, həmino KİŞİnin xarakterinə, dəst-xəttinə xələl gətirə bilmədi. O, necə deyərlər, nəcür görmüşdüm, nə cür tanımışdım həmin o formada da 75 yaşın qapısını döyür. Mənbir daha görüb əmin oluram ki, bütöv, tam, əyilməz, içinin sıxıntısını büruzəverməyən, mənəviyyatını hər şeydən üstün tutan insanlar olub, var və olacaqdır.Bax, elə həmin o insanlardan biri də sənsən Vəliyəddin qardaşım!

Mən ondaFüzuli rayon Komsomol Komitəsində, sən isə Kəlbəcər rayon Komsomol Komitəsindəişləyirdin. Bu təşkilatın respublika səviyyəli tədbirlərində görüşdük,sözümüz-söhbətimiz tutdu. Gördüm ki, bir-birimizi anlayan, bir-birimizi bir kəlməyləqiymətləndirməyi bacaran düşüncəyə, əxlaqa malikik. Elə bu da bizim bu günə gəlibçıxan dostluğumuza səbəb oldu. Müxtəlif görüşlər, müxtəlif tədbirlər, sənin, mənimvə digərlərinin odlu-alovlu çıxışları, təklifləri və bir də ki, həmin tədbirlərdənsonra gerçəkləşən dost süfrələri, deyib-gülmək, zarafatlaşmaq... Təbii ki,bütün bunları biz yaşamışıq. Hələ Azərbaycanın hüdudlarından kənarlarda, yəniSSRİ miqyasında olan tədbirləri, görüşlərimizi demirəm. Bunlar ayrıca birmövzudur. Biz orda birlikdə digər millətlərin nümayəndələri ilə etdiyimizdialoqlar, oturub-durduğumuz məclislər, hətta bəzən ciddi şəkildə kimlərəsəyerini göstərmək, təpki gəlmək... Bütün bunlar ayrıca bir həyat hekayəsidir. Mən bu olanlar üçün heç də təəssüf etmirəm.Çünki onlar bizim ömür kitabımızın bir-birindən yaddaqalan vərəqləridir.Oxuduqca oxumaq istəyirsən, düşündükcə düşünüb xatırlamağa çalışırsan. Sonuncuqəpiyimizi, yəni sonuncu çörək pulumuzu qardaş kimi böldüyümüzü də,bir-birimizin köynəyindən, qalstukundan istifadə etməyimizi də, hətta hansısabir gərgin keçən yığıncağı yumşaltmaq, damarına xoş ovqat qatmaq üçün atdığımızo replikalar, səsləndirdiyimiz fikirlər və bununla da tədbirin ovqatını dəyişdiyimizmənim yadımdan çıxmayan anlardı.

Yazımınbu yerində ayrı-ayrı hadisələri, faktları, dünyasını dəyişmiş gənclikdostlarımızı bir daha gözümün önünə gətirdim. Xüsusilə rəhmətlik Çingiz Fərəcovunkomsomol illərini xatırladım. Ürəyimdən keçdi ki, bir-iki hadisəni qələmə alım.Amma sonra düşündüm ki, həmin xatirələri onsuz da biz hər görüşümüzdə bu və yadigər formada yada salırıq. Ona görə də sadəcə xatirələri yox, onlarınyaddaşımızda qalan çalarlarını buyazının ovqatına hopdurdum.

Əzizim Vəliyəddin,Kəlbəcərdə, İstisuda, Taxtabaşında, Füzulidə, Qozlu dərəsində, Qacaq bulağınınüstündə... Bütün bunlar səninlə birgə gəzib-dolaşdığım yerlərin bir cümləlikanımıdı . Səni tanıdıqca nəslini, doğmalarını, çevrəni görmək, onlara dayaxından bələd olmaq mənə nəsib oldu. Bildim ki, Kəlbəcərin ən sayılıb-seçilənbir nəslinin təmsilçisi ilə dostluq –qardaşlıq edirəm! Və onu da bildim ki, bunəsil, bu ailə öz dəyanəti, öz ləyaqəti və qonaqpərvərliyi ilə hamıdan fərqlənir. Bu yerdə mütləq deməliyəm ki bu xüsusiyyətlər gendən gəlir. Ona görə atalar deyib ki, " adi gündə hər kişi, çətingündə ər kişi” Sən və səninnəslin ağır günlərin dəyanətlitəmsilçilərisiniz! Mən bunu tam səmimi və cəsarətlədeyirəm!

Vəliyəddin, onu da yaxşı xatırlayıram ki , müstəqillik qazanandansonra mən yenidən Füzuliyə işləməyə göndəriləndə sən məni görmək üçün Bakıdandurub Horadizə gəldin.Vəziyyətin ağırlığını, şəraitsizliyini düşünmədən düşmənləüç addımlıq məsafəni fikrindən keçirmədən gəldin Horadizə. Bütün baş verənləri,mənim iş şəraitimi, yaşayışımı... yəni gerçəkliyin hamısını gözlərinlə gördün.Mən sənə bir dost kimi burda olan vəziyyəti danışdım. Həm maraq, həm də heyrətlə"Nəbi, möhkəm ol! Çətin olsa da döz! Sən həmişə işin öhdəsindən gəlmisən, dizibərk kişisən!” – dedin.

Birlikdəçörək kəsdik, müharibə günlərinin çörəyini... Allah el-obaya kömək olsun – birevdən qatıq-şor, o birisindən kartof, soğan, nə isə... toplayıb bir süfrəaçdıq. Kasad olsa da şirin oldu. Əsas o idi ki, biz birlikdə idik. Söhbət edə-edə,xatırlaya-xatırlaya, ümid verə-verə danışırdıq Kəlbəcərin işğalından, Füzulininağır günlərindən, Araz çayının o biri üzünə keçməyimizdən, bir sözlə,yaşadığımız bütün çətinliklərdən, etdiyimiz söhbətlər bitib qurtarmırdı...

Vəliyəddin,elə indinin özündə də biz həmyaşıdlarımızla, dostlarımızla görüşəndə, bir tərəfəçıxanda mövzumuz yenə arxada qalan illər, onun xatirələri, bir də ailə, nəvə nəticəolur. Hamısı da könlümüzü qubarladan, sevindirən mövzular. Sən həm dəyazı-pozuya meylli adamsan. Oxumuşam,indi də oxuyuram yazdıqlarını. Hətta mənim barəmdə 70 yaşımla bağlıyazdığını da sözbəsöz bilirəm. Ona görə də sənə sözlə bağlı bir məqamıxatırladıram. Bu sözü xalq şairi Osman Sarıvəlli deyib:


Sözşairin ürəyində,

Zorinamın dirəyində,

Güc pələnginbiləyində,

Pəhlivanındizindədi.


Heç əlinəalma əsa,

Yetmişinəbatma yasa,

Hər kimyüz il yaşamasa,

Günahonun özündədi.

Mən bumisraları sənə elə-belə xatırlatmıram. Sən 70-in kürəyini yerə vurmusan. İndi sənə tövsiyəm, səndən tələbimodur ki, gözünü qırpmadan 80-in də kürəyini yerə vur. Və göstər ki, 70 nədirki, 90-ı da, 100-ü də kürəyi üstə qoymaq mümkündür!.. Bilirəm ki, sən bunubacararsan. Çünki sən həm dağlar oğlusan, həm də əqidəli, dəyanəti, mübariz vədizibərk KİŞİsən! Ona görə də bu ad günündə, bu əlamətdar tarixdə səni bağrımabasıram. Sənə demək istəyirəm ki, elə bu cür də qal, dəyişmə və heç nəyin dəfikrini çəkmə, vecinə alma bu dünyanı! Biz öz missiyamızı KİŞİ kimi,bacardığımız kimi, hətta bacardığımızdan da artıq səviyyədə yerinə yetirmişik.İndi qalır bir-birimizə dayaq durub, bir-birimizin könlünü ovuda-ovudaqarşıdakı gözəl illəri yaşamaq. Düşünür və inanıram ki, sən Kəlbəcərdə möhtəşəmbir yubiley keçirəcəksən. Mən də, digər dostların da, doğmaların da ürəyindəkineçə-neçə arzunu, istəyi orda dilə gətirəcəyik. Səni ürəkdən təbrik edirəm əziz dostum, qardaşım Vəliyəddin! Allahdan Sənəcan sağlığı, qarşıdakı illərini də daha mənalı, daha gözəl, necə deyərlər xoş əhvalla,ürəyin istəyən kimi yaşamağı arzuedirəm! Öpürəm səni, qardaş!


Nəbi MUXTAROV