7 uşağın zəhərləndiyi məktəbdə araşdırma aparıldı - Bufetin fəaliyyəti dayandırıldı
Ötən ay Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub.
AQTA-dan Adalet.az-a verilən məlumata görə, müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Məktəbin bufetində və təchizatçı müəssisədə yoxlamalar aparılaraq qida nümunələri laborator müayinələrə cəlb edilib. İlkin məlumata görə, bufetdən alınan qoğalı istehlak edən 7 şagirddə qida zəhərlənməsi əlamətləri müşahidə olunub. 5 nömrəli Yoluxucu Uşaq Xəstəlikləri Xəstəxanasına yerləşdirilən şagirdlərə “dəqiqləşdirilməmiş bakterial mənşəli qida zəhərlənməsi” diaqnozu qoyulub və onlara zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Yoxlama aparılarkən məktəbin bufetinin müvafiq qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, istifadə edilən məhsulların mənşəyini təsdiq edən sənədlərin mövcud olmadığı, eləcə də saxlanma şəraitinin sanitar-gigiyenik tələblərə cavab vermədiyi müəyyən edilib.
Eyni zamanda, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Ləzzət” unlu -qənnadı məmulatlarının istehsalı müəssisəsində plandankənar yoxlama aparılıb. Baxış zamanı müəssisədə ciddi sanitar-gigiyena normalarının pozulduğu aşkarlanıb.
Götürülmüş qida və yaxma nümunələrinin laborator müayinəsi nəticəsində uyğunsuzluq (e.coli, enterobakteriya və stafilokok) aşkarlanıb.
Müəyyən edilən nöqsanlar əsasında məktəbin bufetinin və təchizatçı müəssisənin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Məktəbin direktoru və sahibkarlar barəsində inzibati tədbirlər görülərək müvafiq protokollar tərtib edilib. Faktla bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Digər Xəbərlər
21 Iyun 2026 13:16
İnfarktdan sağ çıxan yüzlərlə şəxsin dedikləri diqqət çəkdi
19 Iyun 2026 16:06
SN və DGK dərman vasitələrinin idxalına nəzarəti gücləndirib
18 Iyun 2026 11:51
İndi, yaxşı dondurma var?
17 Iyun 2026 18:02
Pendirin bu xeyrini bilirdiniz?
16 Iyun 2026 11:34
Artıq çəki diz və bud oynaqlarınızın ən böyük düşmənidir - XƏBƏRDARLIQ
16 Iyun 2026 11:33
Oynaq ağrılarının əsas səbəbi nədir? – SN-nin travmatoloq-ortopedindən AÇIQLAMA
13 Iyun 2026 09:05
İsti havalarda nə qədər su içməliyik?
12 Iyun 2026 10:18


Bakı -°C

