Azərbaycana YAY GƏLDİ
Yay fəsli Azərbaycana daxil olub.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından Adalet.az-a bildirilib ki, yay fəsli (Yay günəş duruşu) ölkəmizə iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olub.
Məlumata görə, Şimal yarımkürəsində astronomik yay fəsli, Cənub yarımkürəsində isə qış fəsli başlayıb.
Bu hadisə zamanı Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gəlir. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73.1°) olacaq.
Bu gün ilin ən uzun gündüzü və ən qısa gecəsinin müşahidə olunduğu gündür. Gündüzün uzunluğu 15 saat 03 dəqiqə 24 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 36 saniyə olacaq. Yay fəslinin uzunluğu 93 gün 15 saat 40 dəqiqə 42 saniyə təşkil edəcək.
Digər Xəbərlər
20 Iyun 2026 16:22
Vilayət Eyvazov DİN-in Hərbi İnstitutunda buraxılışa qatıldı - FOTOLAR + VİDEO
20 Iyun 2026 09:49
Bakıda uçan qarışqalar niiyə çoxalıb? - VİDEO
19 Iyun 2026 17:14
Bəzi yerlərdə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
19 Iyun 2026 16:30
Həftəsonunun havası ilə bağlı - Xəbərdarlıq
19 Iyun 2026 15:58
Ağdamdakı əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
19 Iyun 2026 15:53
Ağdərəyə daha 12 nəfər köçürülüb
19 Iyun 2026 12:19
DYP Bakıda piyadaların maarifləndirilməsi ilə bağlı tədbirlər keçirdi - VİDEO
19 Iyun 2026 11:55


Bakı -°C

