adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 May 2017 21:24
5230
İDMAN

7 boksçumuz yarımfinalda

IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 7-ə çatıb.

Adalet.az-ın xəbərinə görə, bu mərhələ Azərbaycan millisinin üzvü Kamran Şahsuvarlı üçün də uğurlu alınıb.

75 kq çəki dərəcəsində çıxış edən Olimpiya mükafatçımız yarımfinala gedən yolda türkiyəli İhsan Ərdoğanla üz-üzə gəlib.İdmançımız görüşü çətinlik çəkmədən qazanıb. O, rəqibini 5:0 hesabı ilə məğlub edib.

Təmsilçimiz sabah baş tutacaq yarımfinalda Yuness Qarrumi (Mərakeş) ilə döyüşəcək.

Qeyd edək ki, Raufadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq),Məhəmmədrəsul Məcidov (+91 kq) və Rauf Rəhimov (81) 1/4 final səddini uğurla aşıb.