69 nəfərin diplomu tanınmayıb
Dekabr ayı üzrə 325 müraciətçinin 256-ı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 69 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Bu barədə Adalet.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.
Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 58, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, "Açıköğretim" təhsil forması səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və dövlət nümunəli olmayan diplom blankı səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyə Respublikasından 117, Ukraynadan 84, Rusiya Federasiyasından 80, Birləşmiş Krallıqdan 9, Gürcüstandan 7, Macarıstandan 7, Amerika Birləşmiş Ştatlarından 6, Litva Respublikasından 2, Pakistan İslam Respublikasından 2, Polşa Respublikasından 2, Avstraliya İttifaqından 1, Çex Respublikasından 1, Çin Xalq Respublikasından 1, İsrail Dövlətindən 1, İtaliya Respublikasından 1, Latviya Respublikasından 1, Moldova Respublikasından 1, Qazaxıstan Respublikasından 1, Səudiyyə Ərəbistan Krallığından 1 müraciətin olduğu müşahidə olunur.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 38, maliyyə üzrə 33, biznesin idarə edilməsi üzrə 30, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 13, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi üzrə 13, turizm işinin təşkili üzrə 13 müraciət qeydə alınıb.
Digər Xəbərlər
10 Sentyabr 2026 17:47
Bakı Türk Anadolu Liseyində yeni laboratoriya istifadəyə verilib
10 Sentyabr 2026 16:14
Azərbaycanlı qadına ABŞ-də yüksək vəzifə verildi
10 Sentyabr 2026 11:08
“Bəs biz neçə tədris ili irəlidəyik?”
10 Sentyabr 2026 09:43
Universitetlərimizin tələbə coğrafiyası 120-yə yaxın ölkəni əhatə edib
09 Sentyabr 2026 17:00
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
09 Sentyabr 2026 13:23
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib
08 Sentyabr 2026 13:32
Azərbaycandan Gürcüstana 22 mindən çox dərslik göndərilib
08 Sentyabr 2026 12:08


Bakı -°C

