65 yaşlı kişi bulvarda intihara cəhd etdi
Bakıda daha bir nəfər özünü bulvarda dənizə ataraq intihar etmək istəyib.
Adalet.az Lent.az-a istinadənxəbər verir ki, Gədəbəy rayon sakini, 1952-ci il təvəllüdlü Məmmədov Nəcəf Heydər oğlu Neftçilər prospekti 140-ın qarşısında – Dənizkənarı Milli Parkda özünü dənizə ataraq həyatına son qoymaq istəyib. Bulvar idarəsinin əməkdaşları onu xilas edib.
İlkin araşdırma zamanı N.Məmmədovun ailə problemi səbəbindən həyatına qəsd etdiyi məlum olub.
Araşdırma aparılır.
Digər Xəbərlər
01 May 2024 09:43