6 rayonda 10 mağazanı qarət edib
Oğurluq etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan şəxsin respublikanın bir neçə rayonunda anoloji cinayət əməlləri törətdiyi də müəyyən edilib.
DİN-dən Adalet.az-a verilən xəbərə görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun Laçın rayon sakini Nahid Süleymanov olduğu müəyyən edilib. Polis əməkdaşları tərəfindən ətrafında aparılan tədbirlərlə onun respublikanın bir neçə rayonunda analoji cinayət əməlləri törətdiyinin də üstü açılıb.
Belə ki, onun cari ilin iyul-sentyabr ayları ərzində respublikanın Masallı, Neftçala, Biləsuvar, Saatlı, Beyləqan və Ağcabədi rayonları ərazilərində ümumilikdə 10 mağazadan pul, ərzaq məhsulları, tütün məmulatı və məişət əşyaları, həmçinin İmişli rayonunun Gövhərli kəndindəki sexlərin birindən təmir-tikinti alətləri oğurlaması da müəyyən edilib.
Digər Xəbərlər
04 May 2024 20:37
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT + YENİLƏNİB
04 May 2024 13:58Polisdən Abşeronda ƏMƏLİYYAT: Dəstə üzvləri saxlanıldılar - VİDEO
04 May 2024 10:28Beyləqanda dörd narkotacir ələ keçdi
03 May 2024 16:04Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu - VİDEO
03 May 2024 10:48