5-ci mərtəbədən yıxılan qadından xəbər var
Fevralın 16-da Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən binanın 5-ci mərtəbəsindən yıxılan 28 yaşlı Lalə Bayramova vəziyyəti yaxşılaşdığı üçün artıq evə yazılıb.
Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə,L.Bayramova onurğa sütunu da daxil olmaqla, çoxsaylı sınıq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya daxil olub. Onun sol bazu sümüyü, körpücük sümüyü, 11-ci döş fəqərəsi və 3-cü bel fəqərəsi sınmışdı. Zərərçəkən dərhal neyrocərrahın baxışından keçirilib, daha sonra Travmatologiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyəti ağır olsa da, mütəxəssislərin səyi nəticəsində onun həyatı üçün təhlükə sovuşub.
Xatırladaq ki, 28 yaşlı Lalə Bayramova paltar asarkən ehtiyatsızlıq nəticəsində eyvandan yıxılmışdı. Həyat yoldaşı onu saxlamağa çalışsa da, buna nail ola bilməmişdi. Lakin xoşbəxtlikdən qadın sağ qalıb və ağır xəsarətlərlə Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Onun yıxılmasını əks etdirən video sosial şəbəkələrdə yayılmışdı.
Digər Xəbərlər
02 May 2024 23:34
Amin ilk dəfə ermənilərə əsir düşdüyü yerdə - VİDEO
02 May 2024 15:58Asiya İnkişaf Bankının Departament direktoru Azərbaycan Səhiyyə Nazirliyində olub
02 May 2024 15:48Tatoyan:"Azərbaycanlıların 96,2% -i Zəngəzur, İrəvan və Göyçəni tarixi yurdu hesab edir"
02 May 2024 12:31Kəlbəcər şəhərinin Baş planı təsdiqləndi
02 May 2024 12:09