43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsi ilə bağlı şikayət əsassız sayılıb
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınmış Mehriban Mirzəliyevanınmüraciətinə baxılıb.
APA-nın məlumatına görə, bu barədə MSK üzvü Qabil Orucov məlumat verib.
Q. Orucov bildirib ki, şikayətin araşdırma prosesində məntəqə seçki komissiyalarından, dairə seçki komissiyasından alınan materiallar və sosial şəbəkələrdə yayılan görüntülər əsas götürülüb:
"Araşdırma zamanı mübahisələndirilən seçki məntəqələri üzrə araşdırma aparılıb və müraciətdə qeyd edilən hallar öz təsdiqini tapmayıb. Ona görə də təklif edirəm ki, M. Mirzəliyevanın şikayəti təmin edilməsin”.
MSK müraciəti müzakirəyə çıxarıb və şikayətin təmin edilməməsi ilə bağlı qərar qəbul edib.
Digər Xəbərlər
04 May 2024 22:54
İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47