adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 Mart 2020 21:39
27910
KRİMİNAL

4 evdən oğurluq edən şəxs saxlanıldı

Bakı şəhər sakini oğurluğa görə yaxalanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən təmir-tikinti alətləri, su qızdırıcısı, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş A.Ağacanov saxlanılıb.