adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Avqust 2021 15:16
23619
KRİMİNAL

35 min manatla çimərliyə gedərlər?!

Bakı çimərliklərindən birində oğurluq hadisəsi qeydə alınıb.  Aparılmış əməliyyat nəticəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Adalet.az-a məlumat daxil olub. Verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından 2000 manat pul, 3000 manat dəyərində 2 ədəd mobil telefon, ona məxsus “BMW” markalı avtomobildən 35000 manat dəyərində qızıl saat və 5000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.