adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Dekabr 2016 22:20
3741
HADİSƏ

33 yaşlı kişinin meyiti evində tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində fərdi yaşayış evində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Adalet.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1960-ci il təvəlüdlü Hüseynov Akif Mehdi oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.