31 illik nisgilə son: 442 getdisə yerinə 533 gəlsin
Şuşa işğaldan azad olunandan , yəni 2020-ci ilin noyabrından etibarən ən böyük arzularımdan biri də, Şuşanın girişində lüləsi Şuşaya tuşlanmış formada 442 nömrəli erməni tankının abidəsinin sökülməsi idi. O tank bizim mənəvi dünyamızı yerlə-yeksan edən xatirələrlə doludur.
Yaralı yerimiz idi o 442 saylı tank! Birinci Qarabağ müharibəsi zamanı 8 may 1992-ci ildə Ermənistan Şuşaya hücum etməyə başlayır. Şuşaya ilk girən 442 saylı, T-72 model bu tank Azərbaycanın Milli Qəhrəmanı Albert Araqunovun 533 nomrəli tankı ilə vurulur. Bütün ekipaj və
ermənilərin "arsax qəhrəmanı" Avşaryan tankda yanıb ölür. Aqarunov hədəfi vurduğunu dəqiqləşdirmək üçün tankın lyükundan baxarkən erməni snayperinin gülləsinə tuş gəlir. Elə həmin gün Albert Aqarunovun Şəhidlik zirvəsinə ucaldığı gündür. Bax, beləcə, 1992-ci ildə işgaldan sonra ermənilər tərəfindən Şuşa şəhərinin girişində qələbə simvolu kimi qoyuldu 442...
Arzu edirik ki, Şuşa işğaldan azad olunan gün, əsgərlərimiz bu tankı məhv etsinlər və yerini Aqarunovun 553 nömrəli tankını yerləşdirsinlər. Ya da Aqarunovun Bakıdakı heykəlini Şuşanın girişinə gətirsinlər, elə həmin yerə, elə həmin postamentin üzərinə!
Təəssüf ki, 44 günlük müharibədən sonra bir çox arzumuz kimi bu arzumuzu da, separatçıların "dəyərləri"ni əziz tutan Rusiya sülməramlıları hər zaman əngəllədi! Ta bu günə qədər.
Bu gün tank abidəsi 31 illik yerindən götürülub, atıldı. Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik! Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçı, fədakar, vətənpərvər insan Albert Aqarunovun da ruhu şad olsun!
Allah bütün qazilərimizi qorusun!
Əntiqə Rəşid
Digər Xəbərlər
02 Aprel 2026 00:00
Aprel döyüşlərindən 10 İL ÖTÜR
01 Aprel 2026 18:40
Amnistiya aktı 18 mindən çox şəxsə şamil edildi
01 Aprel 2026 17:54
Akademik Əli Abbasov: “Süni intellektin tətbiqi elm və təhsildə keyfiyyətcə yeni mərhələ yaradır”
01 Aprel 2026 15:47
Dövlətçiliyimizin aliliyi təhlükəsizliyin əsas mənbəyidir - ŞƏRH
01 Aprel 2026 15:03
Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır
01 Aprel 2026 13:47
Martda 267 tank əleyhinə mina zərərsizləşdirilib
01 Aprel 2026 13:15
Nazir Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTOLAR+VİDEO
01 Aprel 2026 12:58


Bakı -°C


