adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Noyabr 2019 17:59
16475
MƏMLƏKƏT

25 NOYABR QADIN ZORAKILIĞINA QARŞI MÜBARİZƏ GÜNÜDÜR

Məni həmişənarahat edən ciddi problem MÜHARİBƏLƏR olub. Heç cür anlamaq istəməmişəm, istəmirəm,ya anlaya bilmirəm dövlətlər arası münaribələri. Müharibə mənim üçün "ölümyağışı”,”insanların bir – birinə xəyanəti”, "insanlığa xəyanət”dir. Və düşünürəmki, niyə insanlar əl - ələ tutub, səs – səsə verib müharibələrə "DUR”,silahlara "YOX” demirlər? Niyə demirlər? Cavabsız b usual adamın ruhunusarsıdır. Və bu zaman Qadın Zorakılığına qarşı Mübarizə gününün qeyd olunmasıbeynimi silkələdi: hələ bir şəhərdə, bir kənddə, bir məhlədə, hətta bir evdəbir – birilə "müharibə” edən insan dünya müharibələri haqda necə düşünə bilər?Hələ insanların ümumbəşəri fəlakətləri doğurmayacaq, ya qarşısını alacaq,sevginin, insan olmanın böyüklüyünü duyacaq zehni yoxdur! 

Hələ iki cinsin yaşadığı dünyada birinin digərinə zorakılığı var. Hələ kişifiziki gücünü əks cinsə göstərməklə, əks cins "kişi”dən qorunmaqla məşğuldur. Hələ"kişi” xanımına, sevgilisinə, bacısına, anasına, nəhayət övladına əl qaldırır,söyür, döyür,.. öldürür…

Yadımaeşitdiyim, social şəbəkədə, xəbərlərdə rastladığım vəhşicəsinə döyülən, söyülən,zorlanan, öldürülən qadınlar düşdü. Bu insan vəhşiliyidir, əgər beləsinə"insan” demək olarsa…Və vəhşi insanın müharibəyə "DUR”, silaha "YOX” deməkdüşüncəsi ola bilməz. Ona müharibə, silah lazımdır. Ona QAN lazımdır.
Belə hadisələr çoxdur. Və o qədər ürəkağrıdıcı, qandondurucudur ki, bütün buolaylar, deməyə söz tapmırsan. 21 – ci əsr və qadınların zorakılıqdan qorunmaehtiyacı. Bu təkcə bizdə deyil, bütün dünyada belədir: Bütün dünyada qadınlarınqorunma ehtiyacı var.

Ona görə də Qadın Zorakılığına Qarşı Mübarizə Günü(ing.InternationalDay for Elimination of Violence against Women) —BMTBaş Assambleyasının qərarı ilə düz20 ildir ki, qeyd olunur.

BMTBaş Assambleyası1999- cu ildə noyabrın25 - iniQadın Zorakılığına Qarşı Mübarizə Günü elanedib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsitəsadüfi deyil. Bu, 1961 - ci ildəDominikan Respublikasındabaş verən hadisədənqaynaqlanır. Həmin vaxt Dominikan prezidenti Rafael Truxilonun əmri ilə siyasifəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülüb. Bütün dünya ictimaiyyətibu hadisəni pisləyib. Qadınların zorakılığa qarşı mübarizə simvolları ağlentdir.

BMT baş katibiPan Gi Munbununlabağlı müraciətində bildirib ki, qadınlara qarşı zorakılıqdan qadınlarla bərabərümumilikdə ailələr, körpələr və bütün cəmiyyət əziyyət çəkir: "Zorakılıqqadınlara öz potensiallarından istifadə etməyə icazə vermir, iqtisadi inkişafıməhdudlaşdırır”.

BMT cəmiyyətin bu problemə diqqətini cəlb etmək üçünnoyabrın 25-də dövlətlərə, beynəlxalq təşkilatlara vəQHT-lərə tədbirlər keçirməyi təklif edir.

Bu təklifə qoşulan, bu günü qeyd edən dövlətlər, təşkilatlar,QHT– lər artmaqdadır. Bizdə də çox cəsur xanımlarımız var ki, qadın hüquqlarıuğrunda, zorakılığa, qadına şiddətə qarşı mübarizə aparır, təşkilatlar yaradır,etiraz aksiyaları keçirirlər. Amma bu mübarizəni hər bir qadın həm də özü özuğruna aparmalıdır.

Hüquqları, azadlıqları uğruna savaşan nə qədərqadınlar olub və var. Hətta qadın zorakılığına, azadlığına, hüquqlarına,...görəsavaşan kişilər də olub və var. Buna baxmayaraq indi 21-ci əsrdə də bu məsələ hələgündəmdədi. Ailəsi tərəfindən təhsildən uzaqlaşdırılan, hüquqları pozulan,zorla ərə verilən,”ər evindən ancaq meyidin çıxmalıdır” deyilən qızların olduğunubilirəm. Məni məhz nisbətən azad, sərbəst, dünyagörüşlü, savadlı xanımlardüşündürür. Müşahidələrimdən, gördüklərimdən, şahid olduqlarımdan qaynaqlanıbyazıram. Birinə aşiq olub "sevirəm” sözünə özünəhörməti itirən, kişinin bütünyükünü çəkən, hər hərəkətinə dözən qadınlar istənilən qədərdir. Daimbağışlayaraq alçalıb yaşayırlar, yaşayıb alçalırlar.

Əziz XANIMlar! Fərqi yoxdu Həvva nədən –qabırğadan, çöpdən, yarpaqdan və s.-dən yaranıb. Önəmli olan odur ki,ehtiyacdan yaranıb. Sizə ehtiyac var. Hava, su kimi! Siz ən gözəllik, ən müqəddəsduyğular ehtiyacısınız. Bunu unutmayın! Hər cür şiddətə, zorakılığa, laqeydliyəbelə öz evinizdə, ətrafınızda "YOX”deyin. Siz sevgi və hörmət, diqqət və qayğıüçün yaranmısız.

Qadınaqarşı zorakılıq gününün qeyd olunmasına ehtiyac qalmaması arzusuyla