adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
03 Mart 2017 15:06
20477
ƏDƏBİYYAT

25 dəqiqəlik yol - HEKAYƏ

İyul ayının sonları idi. Havaçox isti olduğundan evdə oturub, kompyüterdə "Troya” filminə baxırdım.Hektor-Axilles qaşıdurması təzəcə başlamışdı ki, telefonum zəng çaldı. Möhtəşəmsəhnənin təəssuratı yarımçıq dayandırıldığı üçün üzümü turşudaraq "Pauza”nıbasdım və telefonu götürdüm. Zəng vuran uşaqlıq dostum Zaur idi. Mən Sumqayıtdaqalanda bizə tez-tez gələrdi. Həyət evinə köçdükdən sonra isə, mən onlaratez-tez getməyə başladım. Əslində bunun belə olmasını Zaur istəmişdi. "Bütüngünü ya evdə oturursan, ya da bağın içində gəzişirşən. Sən də küçəyə çıx,insanlara qarış, ətrafda baş verənlərdən xəbərdar ol” deyirdi mənə. Əslindəhaqlı idi. Bütün işlərimi kompyüterin üzərində qurmuşdum. Hətda sahib olduğumkiçik biznesimi də evdən idarə edirdim. Zaurgilin evləri də yaşadığım qəsəbədəidi və 3 ay əvvəl aldığım motorlu əlil arabası ilə 25 dəqiqəyə onlarda olurdum.Getdiyim yolun çox hissəsi torpaq və kələ-kötür olmasaydı, bu yolu 10 dəqiqəyədə gedə bilərdim.

Zaurun səsi telefonda çox şəngəlirdi. Bir az hal-əhval tutduqdan sonra mənə sürprizi olduğunu və saat 7-dəonlarda olmağımı istədi. Telefonu söndürər-söndürməz motorlu arabanı şarjaqoşdum və bayaqkı maraqla filmin davamını izləməyə başladım. Saat 18:20-də arabanınenerjisi tam olaraq dolmuşdu və mən telefonumla kepkamı da götürüb bağdançıxdım.

Bağımızın yerləşdiyi küçədənçıxar-çıxmaz, yaşlı bir qadınlaqarşılaşdım. Yanından keçib-getmək istəyəndə qadının ah-vay etdiyini eşidibdayandım. Əvvəlcə düşündüm ki yəqin nə isə problemi var. Kömək etmək üçün ona tərəfçevriləndə isə gördüm ki yaşlı qadın mənə baxaraq, yanıqlı-yanıqlı deyir:

-Can ay bala, can. Anan ölsün. Vay-vay-vay. Səni belə gördüm, ürəyimparçalandı.

Arada yaylığı ilə gözünün nəminidə qurutdu. Sonra isə, təəccüblə ona baxdığımı görüb ucadan dedi:

-Allah köməyində olsun. Fikir eləmə bala.

Mən də eyni ahənglə "Allahtezliknən sənə rəhmət eləsin” deyərək, yoluma davam elədim. Ümumiyyətlə mənbaşa düşmürəm ki, niyə insanlar fiziki məhdudiyyətli şəxs gördükdə öz problemlərini,xəstəliklərini unudaraq, əlil insanın halına acımağa başlıyırlar. Hər zaman bucür insanlarla qarşılaşdıqda deyirəm ki: "Əlillik bizim üçün dərd deyil, həyattərzidir. GEDİN ÖZ DƏRDİNİZİ ÇƏKİN”.

Bizim küçədən bir az aralı,yolun üstündə market var. Marketin qarşısından keçərkən qonşu küçədə yaşayanoğlanlardan biri qarşımı kəsdi.

-Salam qaqa. Necəsən ? Nəyəsə ehtiyacın var ? Qaqan alsın səninçün.

-Yaxşıyam, şükür. Sən necəsən ? Yox, çox sağ ol. Heç nəyə ehtiyacımyoxdu.

-Yenə də olsun. Ürəyin nə istiyir, de. Hansı siqaretdən çəkirsən ?

-Mən ümumiyyətlə siqaret çəkmirəm. Təklifin üçün çox sağ ol. Amma heçnə istəmirəm.

-Bəlkə su alım içəsən ? Smiçqa, ya da kontur.

3-4 dəqiqə davam edən bu tipdialoqdan sonra, oğlanın dirəşdiyini görüb, dedim:

-Yaxşı. Bir dənə "Snickers” al, evə gedəndə çaynan içərəm.

"Qaqaş” tez marketə girdi və əlində"Snickers” geri döndü. Mən "Snickers”i ondan alıb, yaxınlqdakı zibil qutusunatullayaraq ordan uzaqlaşdım. Bir az getdikdən sonra güzgüdə "qaqaşın”ın əsəbiüzünü və arxamca baxan təəccüb dolu gözlərini gördüm. Yəqin ki ürəyində məniqınayır, haqsız sayırdı. Amma öz səhvini dərk etmirdi. Dərk etmirdi ki: "TƏKLİFHÖRMƏTDİR, TƏKİD NİFRƏT”

Bir-neçə dəqiqə getdikdənsonra başqa bir "bəla”yla qarşılaşdım. Yolun təqribən 150 metrlik hissəsi nisbətəndar olduğundan arxadan gələn maşın mənim yanımdan ötüb-keçə bilmədi və kəmhövsələsürücü ard-arda siqnal verməyə başladı. Torpaq yolda arabanı yüksək sürətləsürmək təhlükəli olduğundan, məcburən yolumu əvvəlki qaydada davam etdirdim.Bir az getmişdim ki, arxadan cod səs eşitdim: - Bir az tez ol dəə. Karsan ?

Dayanıb, arxaya çevrildim vəortayaşılı bir kişinin köhnə "Qaz-24”ün pəncərəsindən çölə çıxmış əsəbi sifətinigördüm.

-Tutaq ki mən karam. Bəs sənə noolub ? Korsan ? Görmürsən ki kənara çəkilmək olmur ?

-Onda bir az tez get də. (Kişi qəzəbindən qışqıra-qışqıra danışırdı)Bura maşın yoludu ee, piyada yolu deyil. Ləngitmə məni, işim-gücüm var

-Bilirəm maşın yoludu. Elə mən də maşın sürürəm. Özü də mənim maşınımsəninkindən bahadı.

-Nə axmaq adama ilişmişəm əə. Əlil arabasın maşına tay eliyir.

-Düz deyirəm. (Mən qətiyyətlə dedim) Sənin sürdüyün bu köhnə maşınınqiymət ən çoxu 800 manat olar. Mənim arabamın isə 4000 manat qiyməti var. Buarabanı satsam sənin maşınıvı da alaram, hələ üstəlik səni də özümə 1 illiksürücü tutaram.

Kişi pərt olsa da daha heç nədemədi. Mənim yolun geniş hissəsinə çıxmağımı gözlədi və yolu açılan kimi sürətləyanımdan keçərək, yolun toz-torpağını üzümə , üstümə və ciyərimə ”hədiyyə” elədi.Bu tip insanlar elə bilirlər ki, əlilliyi olan şəxslər ikinci dərəcəliinsanlardı və istədikləri zaman öz istəklərini əngəlli insana diktə edə bilərlər.Belələrinə demək istəyirəm ki: "HEÇ YUXUDA DA GÖRMƏZSİNİZ”.

Qarşılaşdığım son 3 hadisədənsonra geri dönmək istəsəmdə, tez də fikrimi dəyişdim. "Zaurun sürprizi nədirgörəsən ?”. Asvalt yola çıxanda 10-12 yaşlarında 4 uşaq, velosipedlə mənəyaxınlaşdı.

-Əmi, bu sürdüyün benzinnlən işliyir ?

-Yox. Qaznan.

-Yaxşıdı də, qaz benzinnən ucuzdu. (uşaqlardan biri özünü çoxbilmişkimi göstərməyə çalışdı)

-Neçəynən gedir bu ? (başqa biri soruşdu)

-Sizin velosipedlərdən sürətli gedir.

-Pah. Bilirsən mən necə velosiped sürürəm? (çoxbilmiş olanı dedi) Heçkim mənə çata bilmir ki

- İstiyirsizsə yarışaq. Görək kim udacaq. Kim yolun sonundakı məktəbinhəyətinə birinci çatsa, ona "Fanta” alacam.

Təklifim uşaqların ürəyincəoldu. Yan-yana düzülüb, yarışa başladıq. Onların sürəti mənimkindən 3 dəfə yüksəkolduğu üçün 2-3 dəqiqədən sonra gözdən itdilər. Yarışı uduzsam da əhvalım yüksəlmişdi.Ürəyimdə "ALLAH SİZİ QORUSUN” deyərək sürəti azaldıb, ətrafı seyr edə-edə getməyəbaşladım.

Bayaqkı xoşagəlməz hadisələriunutmaq istəyirdim ki, qismət olmadı. Qarşı tərəfdən gələn gənc bir qızyanımdan keçərkən "İraq olsun” deyərək, qulağını çəkdi. Mən də dərhal dayanıbona baxaraq, eyni hərəkəti etdim və "Bu qızın taleyinə bax” deyə əlavə etdim.Qız dayanaraq əsəbi-əsəbi soruşdu

-Noolub ki taleyimə ?

-O olub ki, sən bu ağılnan çətin ərə gedəsən. 100 faiz evdə qalassan.Bu ağıl, bu düşüncə ki səndə var, çətin ailə qura biləsən.

Qız "Ağzıın danışığına fikirver əə” deyə üstümə çımxıraraq, iti addımlarla məndən uzaqlaşdı. Mən isə düşüncəlihalda yoluma davam elədim. Insanların fiziki məhdudiyyətli şəxs gördükdə "İraqolsun” deyərək qulağını dartmasını və ardınca da barmağını hər hansısa taxtayadöyəcləməsini heç cür anlaya bilmirəm. Axı insanlar niyə dərk etmirlər ki, əlilolmaq dildə deyil ki "İraq olsun” deməklə özündən birdəfəlik uzaqlaşdırasan.Qulaqda deyil ki, dartaraq silib, həmişəlik yaxa qurtarasan. Ya da hansısataxtada yazılmayıb ki, 3-4 dəfə döyəcləməklə pozub, əlillikdən birdəfəliksığortalanasan. Hər bir insan potensial əlil sayılır və istənilən an hərhansısa bir xəstəlik ucbatından və ya qəza nəticəsində əlil ola bilər. Belələrinə"Hər zaman ƏLİL İNSANLARA HÖRMƏTLƏ YANAŞIN. Sizin də əlil olma ehtimalınız var”deyirəm.

Bu cür düşüncələr içindəavtobus dayanacağının yanından keçəndə, dəblə geyinmiş və saçını səliqə ilədaramış bir cavan oğlan əlindəki portfelei qarşımda yerə çırparaq dedi:

-Qaqaş vacibiydi bu gün evdən çıxasan ? Lap tutaq ki çıxdın. Vacibiydiburdan keçəsən ? Lap tutaq ki keçdin. Vacibiydi ki imenni indi keçəsən burdan ?Başqa yerdən gedə bilmirdin ? Başqa vaxt gedə bilmirdin ? Niyə yoluma çıxdınaxı ? Sənə nə pisdiyim dəymişdi ?

Cavan oğlanın üzündə təəssüf vəkədər vardı. Sonuncu iki sualı elə hüznlə verdi ki, dayanacaqdakı insanlarınona yazığı gəldi. Mən isə qəfil qarşılaşdığım hadisənin və dolu kimi üstüməyağan anlaşılmaz sualların qarşısında çaşıb qalmışdım. Özümü birtəhərtoparlayıb soruşdum:

-Sən kimsən ? Nə lazımdı sənə ?

-Mən vacib işnən bağlı bir nəfərnən görüşməyə gedirdim. Amma qabağımasən çıxdın. Çətin ki işlərim düz gətirə. Kaş ki qarşılaşmazdıq

Mən gic-gic əlamətlərə bu dərəcədəmöhkəm inanan birinin olduğuna heyrət edərək ona acıqlandım

-Özüvə gəl a bala. Sənin üçün qara pişiyəm, nəyəm ?

-Elə demə qaqaş. Şikəst insannan qarşılaşmaq da uğursuzluqdur. Bu günişim düz gətirmiyəcək

-Elə bilirsən məndə təkcə uğursuzluq var ? Məndə qara magiya da var

-Nə magiyası var ? (oğlan çaşqınlıqla soruşdu)

-Məsəl üçün. Ay bədrlənəndə 13 qəbirdən götürdüyüm tozu və 40 qarğanındimdiyini 7 qara pişiyin qanında qaynatmışam. Sonra da cadulamışam. (əlimi cibiməataraq) İndi bu cadunu sənə sürtəcəm ki ömür boyu işlərin düz gətirməsin.

Bunları eşidəndə oğlanı sankiildırım vurdu. Portfelini yerdən götürüb, iti addımlarla getdi. Bəzi insanlar küçədə fiziki məhdudiyyətli insanlaqarşılaşdıqda bunu uğursuzluq kimi qəbul edir. Bu tamailə yalnış addımdır. Bucür düşünən insanlara demək istəyirəm ki: ”Əngəlli insanla qarşılaşmağın sizinhəyatınıza heç bir təsiri yoxdur. Nə pis, nə də yaxşı. Əgər uğursuzluqlaqarşılaşsanız hansısa bəhanə axtarmaq yerinə, problemin əsl səbəbini tapmağaçalışın”. Digər bir yalnış düşüncə də bundan ibarətdir ki, güya əlil insanqarğış etsə, onun qarğışı mütləq həyata keçər. Bu cür düşünən insanlara isə deyirəmki: "Elədiyim qarğışlar həyata keçsəydi, erməni ordusunu çoxdan topsuz-tüfəngsizdağıtmışdım. Yoxsa ki, belə bir xüsusi bacarığımı sizə niyə sərf eliyirdim ki ?))) ”DÜŞÜNCƏNİZƏ TÜPÜRÜM.

5-6 dəqiqə getdikdənsonra yolun digər tərəfinə keçmək istədim. Lakin maşınların hərəkəti intensiv olduğundanistəyimi heç cür həyata keçirdə bilmirdim. Dəfələrlə cəhd etsəm də yolu keçəbilmədim. Bu vaxt ərzində məni kənardan izləyən 3 nəfər oğlan yola çıxaraq, həriki tərəfdən gələn maşınları saxladılar və mənim keçməyimə şərait yaratdılar.Yolu keçərək, onlara təşəkkür elədim: "YOLUNUZ DAİM AÇIQ VƏ UĞURLU OLSUN”.

Burdan belə yolumyenə də torpaq və kələ-kötür idi. Bir az getmişdim ki, telefonuma zəng gəldi.Danışmaq istiyəndə telefon əlimdən düşdü və nə qədər cəhd eləsəm də əyilərək,onu yerdən götürə bilmədim. Bu zaman qarşıdan gələn maşın yanıma çatandadayandı. Sürücü maşından düşərək heç nə demədən telefonu götürüb mənə verdi vəmaşınına əyləşib getdi. Mən isə ürəkdən "TƏŞƏKKÜRLƏR”deyərək, yoluma davam etdim.

Küçələrin birində,7-8 qadın bir darvazanın qarşısına toplaşıb, söhbət edirdilər. Ətrafda isə müxtəlifyaşlarda 10-15 uşaq oynayırdı. Qadınlardan 3-4 metr aralanmışdım ki, 2-3yaşlarında bir qız uşağı gəlib düz qabağımda dayandı və maraqla mənə baxmağa başladı.Çox güman ki araba onun diqqətini cəlb eləmişdi. 10-15 saniyə gözlədikdən sonragülümsəyərək, "Sən nə şirin qızsan ?” dedim. Lakin cümlənin ardını gətirə bilmədim.Çünki qadınlardan biri dəstədən ayrılaraq, "Qorxma qızım, gəlirəm. Ananburdadı, qorxma” kimi sözlər qışqıra-qışqıra bizə tərəf qaçmağa başladı.Yanımıza çatar-çatmaz qızını qucağına alaraq "Çox qorxmadın ?” deyə soruşdu. Mənəsəbi halda dedim:

-Uşaq qorxmurdu ee, sən qorxurdun. Uşağın vecinə dədeyil, amma sənin rəngin ağarıb

-O hələ qanmır. Bilmir ki ona ziyan verə bilərsən.Istəmirəm qızım da sənin kimi çolaq olsun

-Uşağa heç vaxt zərər vermərəm. Amma belə getsə, səniziyana salacam

-Neyniyə bilərsən mənə ? (qadın üzümə bozardı)

-Indi sənə tərəf öskürəcəm, sən də ömürlük əlilarabasında oturassan

Qadın bunu eşidənkimi dodaqaltı mızıldanıb, sürətlə məndən uzaqlaşdı. Mən isə təbii ki yolumadavam elədim. Bəzi insanlar düşünür ki, əlil arabasında oturanların problemlərikeçicidir. Buna görə də əlil arabasında oturan insanlarla münasibətdən, ünsiyyətdənqaçırlar və hətda onlara yaxınlaşmaqdan belə qorxurlar. Halbuki, insanı əlilarabasına məhkum edən səbəblər əsasən bədən üzvünün amputasiyası, onurğasütununun zədələnməsi, "Serebral İflic”, ”Distrofiya”, ”Miasteniya” və sairəolur ki, bunların da heç biri keçici deyil. Hər zaman bu cür düşünən insanlarlaqarşılaşanda deyirəm ki: "ALLAH SİZƏ AĞIL, MƏNƏ PUL VERSİN”

Növbəti 10 dəqiqədəheç bir problemlə qarşılaşmayanda xoşagəlməz hadisələrin bitdiyini düşündüm vədərhal da səhf etdiyimi anladım. Qarşı tərəfdən 3 qadın gəlirdi və özaralarında nə barədəsə söhbət edirdilər. Qadınlardan biri məni gördükdə söhbətiniyarımçıq saxlayaraq uca səslə

-Bunun burda nə işi var ? Bu vəziyətdə nə vacibdi kiçölə çıxıb ? Özü də tək. Özünə görə deyil. Bunun valideyinləri hara baxır ? Niyətək buraxıblar bunu ?

Dedi və bütünbunlar azmış kimi, yanıma çatanda məndən soruşdu:

-A bala, sənin yiyən hanı ?

-Yiyəmi neyniyirsən ay xala ? Mən özüm kimlərəsə yiyəlikeliyirəm

-Bıyy. Bunda dilə bax aaz. Utanmırsan anan yaşdakıqadına cavab qaytarırsan ?

-Anamla yaşıd ola bilərsən. Amma anam qədər ağıllı,mədəni, savadlı ola bilmərsən. Anam heç vaxt insanlara fiziki görünüşünə görəqiymət vermir və onları yoldan saxlayaraq, işinə qarışmır

Onun susduğunugörüb yoluma davam etdim və sadəcə ürəymdə "SƏNƏ NƏ DƏXLİ VAR ?” dedim.

Zaurgilin həyətinəçatmağa 100-150 metr qalmış, yolun sonuncu xoş olmayan əhvalatı iləqarşılaşdım. Az öncə yanımdan ötüb-keçən yaşlı kişi arxadan məni səslədi.Dayanıb, geri çevrildim. Kişi yanıma çatan kimi əlini cibinə salıb 1 manatçıxardaraq mənə uzatdı.

-Götür. Özünə bir şey alarsan

-Nəzir verirsən mənə ?

-Nəzir deyil. Dayının şotuna bir konfet alıb yeyərsən

-Allah eləməsin sən ağılda dayım olsun. Səninkimisin küçədə görəndə salam vermirəm

- İnsanlıq eliyib pul təklif elədim də sənə. Niyə təhqireliyirsən məni ? (kişi pərt halda soruşdu)

-Belə deyil. Məni dilənçi hesab elədin. Düşünürsənki nəzir adıynan evdən çıxartdığın bu 1 manatı fiziki problemi olan birinə versənbütün xata-bəla evdən uzaq olar. Səhv düşünrsən

-Əvvəl-axır kiməsə verməliyəm bu pulu

Mən "Küçədə dilənəninsanlara ver” deyərək, ordan uzaqlaşdım. Məni dilənçi zənn edərək 1 manatınızamöhtac olduğumu düşünənlər. "SİZİN DÜŞÜNCƏNİZİ........”

Zaurgilin darvazasına çatandasaata baxdım. 19:05. Hər zaman 25 dəqiqəyə gəldiyim yolu bu dəfə 45 dəqiqəyə gəlmişdim.Qapını açması üçün Zaura zəng vurdum. Bir-neçə dəqiqədən sonra Zaur, əlindətutduğu sürprizi ilə qapıda göründü.

Bəli, yolboyu mənə fərqlimünasibət göstərən insanlara mən də mənfi münasibət göstərdim. Bəzilərini lağaqoydum, bəzilərini təhqir etdim, bəzilərinin də başına ağıl qoydum. Buna görə məniqınamayın, danlamayın. Çünki sizin mənimlə işiniz olmasaydı, mən də sakitcə özyolumla gedəcəkdim. BİRİNCİ SİZ BAŞLADINIZ...