adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
05 Noyabr 2018 14:12
15693
MARAQLI

2050-yə kimi Marsda 50 min adam işləyəcək... - MÜSAHİBƏ

Stefen Petranek karyerasının 30 ilini elmi-texniki dərgilərə vətanınmış qəzetlərə yazılar yazmağa həsr edib. Saysız-hesabsız mükafatlarqazanıb. Oğlum Uzay üçün də imzaladığı "Marsda necə yaşayacağıq?! adlıkitabından danışdığı bir video milyonlarla insanın diqqətini çəkib. Bizi biryerə gətirənsə FOX international kanallarından National Geographic-də noyabrayında başlayacaq olan "Mars” serialı.

Geriyə yol yoxdur

- Kosmosa getmək neçəyə başa gəlir?

Elon Muskın "SpaceX” şirkəti indi Marsa gedə biləcək ilk raketi inşaedir. Bu səyahətin tək adamlıq xərci 25-40 min dolar arasıdır. Ruslar 2030-dan əvvəl,Çinlilər 2040-a qədər Marsa gedəcək. Hindistan höküməti isə 4 il içində Marsabir robot göndərəcək. Kosmos yarış meydançasına dönüb. Çünki bu iş çox pul qazandıracaq və bu işiilk görən qazanacaq. Amma bu səyahət bəziləri üçün havayı olacaq.

- Necə yəni?

Şirkətlər deyəcək ki, "Bizim üçün Marsda işləyərsənmi?”. Çox yaxınbir vaxtda bir qrup insanın iş yeri Mars olacaq. 2050-ə qədər Marsda 50 minadamın olacağını təxmin edirəm.

- Mən hələ ayaq basılacağınıdüşünməyə çətinlik çəkirəm. Sizsə deyirsiniz ki, yaşayacaqlar...

Başqa çarən yoxdur ki....Marsa getdinsə yaşamaq məcburiyyətindəsən. Tək yolu olan bir biletdir bu, geriyəqayıtmaq çox bahalıdır. Dünyadakı həyatını buraxıb getməyə razı olacaqsan.

Dünya yox olacaq.

- Yaxşı, bəs, bir insan niyə Marsa getmək istəsin ki?

Çünki dünya yox olacaq. BMT iqlim dəyişikliyi heyəti qlobal istiləşməyləbağlı çox sarsıdıcı bir açıqlama verib. Əgər dünyanın yüzdə 75 faizini istifadəetməyə davam etsək, 2040-a qədər başımıza böyük bəlalar gələcək. İnsan ən az 30ildir başına gələcək şeylərin fərqindədir, amma bunu dəyişdirmək üçün heç birşey eləmir, sadəcə həqiqətləri inkar edir. Tək problem bu deyil.

- Başqa nə var?

Günəşimiz ömrünün yarısını başa vurub. Bir milyard il sonra işığıbütünlüklə radiasiya yayacaq, dünya buxarlanacaq. 65 milyon il əvvəl birmeteroit dünyaya çırpıldı və həyatın üçdə ikisini yox etdi. Dinozavrların nəslikəsildi. Bəlkə bir vulkan da püskürə bilir. Bunların hamısı mümkündür, hər anbaş verə bilər.

- Bir sizin kimi "böyük düşünənlər” var, bir də mənim kimi "ən sadəvariant”ı. Həyatın bəsit həqiqətlərinə...

Məncə Marsda quracağımız yeni həyat belə olacaq, ən sadəsi, ən bəsiti.Kiçik şeylərdən xoşbəxt olduğumuz, günbəgün irəlilədiyimiz bir həyat. Dünyada ənböyük sürətlə yayılan epidemiya bilirsiniz nədir?

-Yox, nədir ki?

Depressiya... Bütün dünyada hər beş adamdan biri depresiyadadır.Bunun səbəbi modern həyat tərzinin çox məcburi və qarışıq olmasıdır. Kənddən şəhərəkeçincə işlər çox çətinləşdi. Marsda isə belə çətinliklər olmayacaq. Çox sadəbir həyat tərzimiz olacaq. Hamı bir-birinə ayaq uydurmağa məcburdur, əksinəolarsa hamı ölər.

İnsanlığa ən böyük təhdid insanlardır.

-Marsdakı şərtlər insanlara bəsedəcək qədər deyil. Elə deyilmi?

Marsda şərtlər çox, çox pisdir. Amma bütün bunlar uyğun bir hala gətiriləbilər. Elmi və texniki cəhətdən bu mümkündür. Təki lazım olan büdcə əldəolunsun. Marsın şimal və cənub qütblərinə iki nəhəng ayna yerləşdirərək planetdəvar olan sərhədsiz karbondioksit qaynaqlarının sadəcə kiçik bir hissəsi əritməkolar. Beləcə planetin temperaturu artar. Xüsüsən də Marsda istəmədiyini qədərəkarbondioksit var, ağaclar dəlicəsinə böyüyür, bol qida qaynaqları yarada bilərsiniz.

- Dünyada etdiyimiz qorxunc şeylər Marsda da edəcəyikmi?

Ümid edirəm ki, etmərik.Mars onsuz da kosmosda buz kimi və qaranlıqbir qaya, insanoğlu oranı ancaq "daha yaxşı” bir hala gətirə bilər. Unutma!Dünyanın 4,6 milyard yaşı var. İnsansa sadəcə 2 milyar yaşında.

- Bu dünya neçə nəfərlikdir?

500 milyon adam üçün yaradılmış planetdir bu. 1 milyard insan beləçoxdur bu dünya üçün. Və bu gün 8 milyar insan var. İnsanlığa ən böyük təhdidelə budur – insanlar!

- İllərdir elmi yazılar yazırsınız, çoxlu da mükafatınız var. Marsdansonra sizi ən çox həyəcanlandıran məsələ hansıdır?

Tibb. Bio-texnoloji şirkətlərin apardığı gen və hüceyrə araşdırmalarıinsanın həyatını dramatik həddə çatdıracaq, dəyişəcək. Gəldiyimiz nöqtədə 2000dollara bütün genetikanızı biləcəksiniz. Gen xəritənizi bir çipə yükləyə biləcəksinizvə bunun nəticəsində siz hər gün nə yeyə biləcəyinizi biləcəksiniz.

Talasemiya kimi "xərçəngin növləri”nin müalicəsi tapılıb. 10 il içindədə xərçəngin bir xeyli növünün müalicəsi mümkün olacaq.

- Xərçəng daha əvvəl müalicə edilə bilərdimi?

Xeyir. Xərçəng çox fərqlidir. Əvvəlki il sadəcə üç növ döş xərçəngivar idi. Bugün sayı 300. Fərdiləşdirilmiş müalicə xərçən üçün ən doğrusudur. Vəbu da asan deyil....



Dilimizə çevirən Eminquey