200 nəfər daxili işlər orqanlarında işə başladı
Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov DİN-in Daxili Qoşunlarının Quba və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrində ölkənin Şimal, Aran və Cənub zonalarının ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışları keçirib.
DİN-in Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, aidiyyatı baş idarə və şəhər, rayon polis şöbələri rəislərinin də iştirak etdikləri sıra baxışlarında həmin bölgələrdə yaşayan, Post-Patrul Xidmətinin polis nəfəri vəzifələrində xidmət etmək istəyən ümumilikdə 393 nəfər iştirak edib.
Nazir ayrı-ayrılıqda hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Ümumən, iddiaçıların arasından daha hazırlıqlı olan 200 nəfər seçilərək onların daxili işlər orqanlarında xidmətə qəbul olunmaları üçün müvafiq tapşırıqlar verilib.
Namizədlər qarşısında çıxış edən nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, son illər ölkədə müşahidə edilən dinamik inkişafın təməlində xalq-iqtidar birliyinin, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə siyasətinin, ictimai-siyasi sabitliyin dayandığını, bu istiqamətdə qazanılmış müsbət nəticələrin xalqımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini xatırladıb.
Nazir R.Usubov xidmətə qəbul üçün seçilən gəncləri təbrik edərək şərəfli polis adını uca tutmalarını, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını, göstərilən etimadı doğrultmalarını, öz üzərilərində səylə çalışmalarını tövsiyə edib, gələcək xidməti fəaliyyətlərində onlara uğurlar arzulayıb.
DİN vətəndaşların nəzərinə bir daha çatdırır ki, polis orqanlarında vakant olan Post-Patrul Xidməti vəzifələrində xidmətə qəbulla bağlı növbəti belə tədbir mayın 13-də DİN-in Daxili Qoşunlarının Bərdə rayonunda yerləşən hərbi hissəsində keçiriləcək
Digər Xəbərlər
28 Aprel 2024 15:42
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01Bu tarixlərdə telefon və kompüterlərdən istifadə etməyin - Bakı sakinlərinə XƏBƏRDARLIQ
28 Aprel 2024 00:37