adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Yanvar 2017 15:50
21617
MƏMLƏKƏT

“20 Yanvarı necə xatırlayırsınız?” - SORĞU

Qara Yanvar - 1990-cıil yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovetİttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyədivan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür.Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların irikontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərləmüşayiət edilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfəröldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbiqulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardımmaşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsiəmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinintəcili yardım işçiləri və milis nəfərləri olmuşdur.

Adalet.az 20 Yanvar faciəsi ilə bağlı yazıçılara sorğuünvanlayıb – "20 Yanvarı necə xatırlayırsınız?”

Cavabları təqdim edirik:


Yazıçı Nəriman Əbdülrəhmanlı 20 yanvar gününü gərginlik hiss ilə keçirdib: "Faciə ərəfəsi hamı kimi gərginlik hissi keçirirdim.Yanvarın 19-u axşamı şəhərə qoşun yeridiləcəyi barədə şayiələr artanda dayanabilməyib yaşadığım 9-cu mikrorayondan 4-cü mikrorayonun girişinə, 16 mərtəbəninyanına gəldim. Camaat çox idi, bir neçə yerdə ocaq qalamışdılar. Bəzilərininsifətində çaşqınlıq vardı, bəzilərisə qoşunlarının qarşısını kəsmək barədətəbliğat aparırdılar. Arada bir dəstə gəldi ki, Etibar bəy deyir, bərk durun.Amma saat 12-nin yarısı olardı bəlkə, hərbi texnika yaxınlaşdı, əksəriyyətiyaşlı olan əsgərlər güllə atmağa başladılar. İşıqsaçan güllələr binalara,ağaclara dəyirdi. Bir neçə nəfər yaralandı, adamlar qaçıb dağılışdı. Birdükanın vitrininə dəyən güllə nəticəsinə, şüşənin bir parçası qolumu yaraladı.Binaların arası ilə evə qayıtmalı oldum. Yara ciddi deyildi, amma səhərəcənşəhərdən gələn atəş səslərinə qulaq asa-asa dirigözlü keçirdim. Səhər MərkəziKomitənin qarşısına mitinqə gedəndə dəhşətli mənzərənin - minik və yükmaşınlarının əzildiyinin şahidi oldum. Adamların sifətindəki nifrət və qəzəbəlamətini heç vaxt unutmaram.”


Yazıçı Səfər Alışarlı həmin günü belə xatırlayır: "20 yanvarın ertəsigünü bütün Azərbaycan xalqı şok yaşamaqda davam edirdi. O cür şoku Bakı bəlkə dəson dəfə 1804-cü ildə rus ordusu bu şəhəri alanda yaşamışdı. Şəhərin bəzi yerlərində,məsələn, Salyan kazarmalarında ordu yanvarın 21-də bütün günü avtomat vəpulemyotlardan divarlara güllə yağdıraraq guya orada döyüş getdiyini imitasiyaeləyirdi. Məqsəd xalqı ora hücuma təhrik etməkdi. Xalq böyük çaşqınlıq içindəidi. Azərbaycan KİV-i qapadılmış, Az TV və radio susdurulmuşdu. Dəqiqinformasiyanın olmaması xalqı çaşdırır, ölkədə xaosu gücləndirirdi. ƏrəfədəEtibar Məmmədovla mənim Bakı Qarnizonunun rəisi general Sokolovla görüşümüzolmuşdu. Bu görüşü və 20 yanvarın bəzi duyğularını mən "Maestro” romanında əhatəlitəsvir etmişəm. Bir neçə gün sonra fəaliyyətə başlayan KİV-ə o cümlədən mənimçalışdığım "Gənclik”-"Molodost” jurnalına Moskvadan gəlmiş KQB adamları senzorolaraq oturduldular. Beləliklə, Azərbaycan mətbuatının əsl həqiqəti xalqa deməsinəimkan verilmədi. Biz çıxış yolunu 1989-dan başladığımız qeyri-leqal nəşrlərindavamında gördük. Ağamalı Sadiq Əfəndi, Azər Əbilbəyli, Elçin Səlcuq, MətiOsmanoğlu və bəzi başqa dostlarla"FV-ÇP” qəzetini buraxmağa başladıq. Bu qəzetin ilk nömrəsi fevraldaçıxdı. Effekt – sözlə ifadəolunmaz dərəcədə! Ayaq üstdə olan, gecələri yatmayanxalq dərhal toparlanmağa, işğalçılara və satqın hakimiyyətə qarşı müqavimətinidinc üsullarla davam etdirməyə başladı. 40 gün matəm və tətil elan edildi.Xeyli sonra başqa qəzetləri də həmin gizli mətbəədə buraxdıq, o cümlədən"Varlıq” qəzetini də. Ulu öndər Heydər Əliyevin 22 yanvar 1990-cı ildəMoskvadakı mətbuat konfransında bəyanatını həmin ilin may ayınadək heç bir mətbuatorqanı dərc eləməmişdi. O barədə respublikada heç söz danışmaq mümkün deyildi.Mən təsadüfən əlimə keçmiş o materialı videolentdən çıxarıb tərcümə elədim,makinada qəzet sütunları halına saldım və fevral ayında Qaraşəhərdəkizavodların birində tapdığım gizli mətbəədə 2000 tirajla "Varlıq” qəzetində çapelədim. Böyük insanla mənim şəxsi tanışlığım bir neçə ay sonra Naxçıvanda məhzbu əsasda başladı.



"Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz 20yanvarın iştirakçısı olduğunu vurğuladı:"20yanvarın iştirakçısı olan, ağrıların içində olan insan necə xatırılaya bilər? Şərəfduyuram ki, iştirakçısı olmuşam. Çünki məhz 20 yanvardan sonra hamıya bəllioldu ki, müstəqilliyin alternativi yoxdur. Artıq gərəkdir 20 yanvarı qarabayram kimi deyil, novruz kimi qeyd edək.”





Yazıçı Şərif Ağayarhəmin günü kənddə olub: "Qarlı gün idi. Əvvəl xəbərlərşayiə şəklində dolaşdı. Danışrıdılar ki, Bakını başdan-ayağa dağıdıblar. Bakıteleviziyası tutmadığı üçün hamı buna inanmışdı. Şuşadan veriliş transilyasiyaolundu. Amma düzünü demirdilər. "Azadlıq" radisoundan eşitdik hadisələri.O vaxtdan "Azadlıq" radiosu ucqar dağ kəndində yaşayan insanlarınsirdaşına çevrildi. Uşaqdım onda. Bakıya gəlib "Şəhidlər xiyabanı"nıgörmək ən böyük arzum idi. İlhamla Fərizənin dastanı ağız-ağız dolaşırdı. Bütünkənd yasa batmışdı. Deyəsən, kəndin klubunda yas məclisi də keçirdilər.”





Yazar, jurnalist AzərQismət isə 20 yanvar faciəsini bacısından xəbər tutub:"Rayonda idim. Birdənhəyət qapısı açıldı, məktəbdə oxuyan bacım ağlaya-ağlaya həyətə girdi. Nə başverdiyini soruşduq. Dedi ki, "Bakıda 20 min adam qətlə yetiriblər”. Hamımız hönkürdük.Sonra anam qardaşım Qismətdən narahat qaldı. Təcili rayon poçt idarəsinə gedibqardaşım Qismətlə əlaqə yaratmağa çalışdıq. Nəhayət onun sağ olduğunu öyrəndik.İnanın ki, öldürülənlərlə bağlı müxtəlif rəqəmlər söyləyirdilər. Sonra xalamgiləgedib radioda Mirzə Xəzəri dinlədik. Dalğa pis tuturdu, amma həyəcanla dinləyirdik.Göz yaşlarımız dayanmırdı.”






Şair Etibar Qəribrus qoşunlarının Bakıya yeridiləcəyi xəbərindən bərk narahatçılıq keçirib:"Yanvarın səhvetmirəmsə 17-si rayondan, Bakıya gəldim. 19- u günü axşam saatlarında , "Semaşka"ərazisində yaşayan qardaşımgilə dəyməyə getdim. Bakıya rus qoşunlarının yeridiləcəyiilə bağlı söz-söhbətlər, o gün hər bir azərbaycanlı ailəsi kimi bizi də narahatetməyə bilməzdi. Mən, bir bəhanə ilə evdən çölə çıxmaq istəsəm də böyükqardaşım buna icazə vermədi... Həm də mən hərbi xidmətdən yeni gəlmişdim deyə,hamı evdə mənim üstümdə əsirdi ki, gedərəm başıma bir iş gələr. Bu minvalla gecə12-i, 1-ə işləmiş olardı birdən televizorda verliş dayandı, ekran dümağ ağardı.Və aradan bir az keçmişdi ki, atəş səsləri eşidilməyə başladı. Mən tez çöləqaçdım və evdəkilər də dalımca çıxdılar. Qonşular da çölə çıxmışdı... Bir andaküçə adamla doldu. Hərə bir fikir, bir çıxış yolu deyirdi. Mən, üzü"Semaşka"ya doğru yollandım, ardımca da bir neçə nəfərin gəldiyinigördüm. Güllələrin çox yaxında atıldığı aydınca hiss olunurdu, qaça-qaçdüşmüşdü... İnsanların qışqırıtısı ilə atəş səsləri, tankların uğultusu şəhəribürümüşdü. Adama elə gəlirdi ki, qiyamət qopub. Bu arada qardaşım-bacım mənimqolumdan yapışırlar ki, hara gedirsən?! Görmürsənmi ki, hamı üzü bəri qaçır?Dedim: Buraxın, heç olmasa gedim bir yaralıya yardım edim! Qonşular da, mənəgetməməyi, geri dönməyi xahiş etdilər. Qardaşımgilə də, mənə - evə qayıdaq əynimizigeyinək, sonra birlikdə gedərik- dedilər. Sözsüz ki, sonra getməyə ehtiyacqalmadı... Çünki çağırılmamış "qonaqlar"ın özləri gəlib dörd yanıtutmuşdular. Hər yandan ölüm qoxusu gəlirdi. Buna baxmayaraq, millətimiz səhəryənə də yalın əllə tankların üzərinə getdi. Düşmənin silahı önündə susmağı!Allahdan Şəhidlərimizə rəhmət diləyirəm!”


Yazıçı Kənan Hacı ölümdən geri dönüb: "Həmin gün atam işdəydi. Kənd camaatı məscidəyığışmışdı. Mən də həmin camaata qoşulub Qala qəsəbəsindəki şəhərə gedən yolaçıxdım. Orda barrikadalar qurulmuşdu. Heç kim şəhərə qoşun yeridiləcəyinixəyalına belə gətirmirdi. Mən günorta evə qayıtdım, axşamüstü dayım oğlununmaşını ilə yenidən ora qayıtdım. Anam çox yalvardı ki, getmə. Mən də evdətəkəm. Vəziyyət qorxuludur. Amma getdim və... axşam təxminən 10-11 radələrindəuzaqdan güllə səsləri eşitdik. Qışqırıq səsləri gəlirdi. Güllələr havada işıqburaxırdı. Dayım oğlu ilə ikimiz də yolkalıqda saxladığımız maşına tərəfqaçdıq. Magistral yola çıxmaq mümkün olmadığından Qala-Şüvəlan yoluna çıxdıq. Dayımoğlunun əlləri əsirdi, maşını idarə edə bilmirdi. Özünü elə itirmişdi ki, xeyliyolu maşının işıqlarını yandırmadan sürmüşdü.Maşın tez tez çala-çuxura düşübsilkələnirdi. Sağ-salamat evə gəlib çıxdığımıza inana bilmirdik. Evdə işıqlarsönmüşdü. Televizor göstərmirdi, anam radionu açıb vəziyyətdən xəbər tutmaqiatəyirdi. Amma heç bir dalğa tutmurdu. Anam məni görüb qabağıma yüyürdü vəqucaqladı. Nolub dedi. Adamları gülləyə tutdular, - dedim. Həyatımın əndəhşətli günlərindən biriydi o gün. 15 yaşlı yeniyetmə o vaxta qədər beləşeyləri ancaq kinoda görmüşdü. Amma mən o dəhşəti gözlərimlə gördüm və birgünün içində böyüdüm...”