adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
19 Sentyabr 2014 14:03
3293
MƏMLƏKƏT

20 il ərzində 384 milyon ton neft ixrac olunub

2014-cü il sentyabrın 1-nə olan məlumata görə, 1994-cü ilsentyabrın 20-də imzalanmış və "Azəri-Çıraq-Günəşli" neft-qazyataqları blokunun işlənməsini nəzərdə tutan "Əsrin müqaviləsi"çərçivəsində neft nəqli infrastrukturu vasitəsilə 384 milyon ton neft ixracolunub. Bu barədə AzərbaycanRespublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev hakimYeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Blokun təsdiq edilmiş ehtiyatları təqribən 1 milyard tondur.

Onun sözlərinə əsasən, Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə254,9 milyon ton, Bakı-Supsa kəməri ilə 69,1 milyon ton, Bakı-Novorossiyskkəməri ilə 39,1 milyon ton və dəmir yolu ilə 20,5 milyon ton neft ixrac edilib.

ARDNŞ prezidenti qeyd edib ki, sentyabrın 1-nə olan məlumatagörə, BTC kəməri ilə 11,6 milyon ton Türkmənistan, 4,3 milyon tondan artıqQazaxıstan nefti də nəql edilib.

Onun sözlərinə görə, BTC kəmərinin ötürücülük qabiliyyəti ildə50 milyon ton təşkil edir ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaqmümkündür.

BTC-nin ümumi uzunluğu 1768 kilometrdir.