20 gündə 8 nəfər suda boğulub, 32-si xilas edilib
Azərbaycanda avqust ayının 1-dən 20-dək 8 nəfər suda (dəniz, çay, süni göl) boğularaq həyatını itirib.
Azvision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı rəsmi məlumatlar əsasında apardığı araşdırmaya görə, bu müddətdə 32 nəfər suda boğulmaqdan xilas edilib.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti qeyd olunan dövr ərzində Hövsan, Şıx, Zağulba, Mərdəkan, Xaçmaz, Qobustan, Nardaran 2, Bilgəh, Şirvan, Qızılqum, Lənkəran, Pirşağı, Buzovna və Sabirabad sularda xilasetmə məntəqələrinin ərazisində batmaq təhlükəsi olan şəxsləri xilas edib.
Bundan əlavə, Xaçmazda 2, Bakıda 5, Yevlaxda 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, iyunun 15-dən açıq elan edilən çimərlik mövsümü sentyabrın 15-dək davam edəcək.
Digər Xəbərlər
30 Aprel 2024 00:02
ADNA terrorundan 15 İL ÖTÜR
29 Aprel 2024 17:09Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51