"1988-ci ildən sonra ermənilər Qərbi Azərbaycanda 2 mindən artıq qəbiristanlığı dağıdıb" - Sədr müavini
"1988-ci ildə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus iki mindən artıq qəbiristanlığı dağıdıb, ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildiyi halda bu faktlar gizlədilib. Dünya ictimaiyyəti tərəfindən isə bu məsələlərə diqqətsizlik göstərilib".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmədə çıxışı zamanı Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Fuad Hüseynov deyib.
"Qərbi azərbaycanlılarla bağlı məsələ son vaxtlar dövlətimizin, xalqımızın ən vacib məsələlərindən birinə çevrildiyindən, ölkənin daxili və xarici siyasətində mühüm yer tutduğundan, Ermənistandan deportasiyaya məruz qalmış azərbaycanıların Ermənistanda vaxtilə yaaşdıqlarını təsdiq edən şəxsiyyət, mülkiyyət əmək və s. sənədlərin arxiv fondlarından, həmçinin, şəxsi arxivlərdən toplanması, ərazi prinsipi üzrə sistemləşdirilməsi, vahid arxiv fondunun yaradılması işinə başlanılıb və bununla bağlı komitədə müvafiq komissiya yaradılıb. Məlumatların elektronlaşdırılması, elektron domen vasitəsilə təqdim olunması istiqamətində işlər aparılır. Əminliklə bildirmək istərdik ki, Qərbi Azərbyacana qayıdışın gerçəkləşəcəyi gün uzaqda deyil".
Digər Xəbərlər
29 Dekabr 2025 15:23
Gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş həddi artırıldı
29 Dekabr 2025 15:22
“QHT-lərə Dövlət Dəstəyi” informasiya sistemi yaradıldı
29 Dekabr 2025 13:59
Azərbaycanda bu peşə sahibləri üçün sosial sığorta haqqı artırıldı
29 Dekabr 2025 13:22
Baş prokurorluqdan Ukrayna müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
29 Dekabr 2025 13:04
Satışda mənşəyi məlum olmayan araqlar var - XƏBƏRDARLIQ
29 Dekabr 2025 12:26
“Azərbaycanla Ermənistan arasında Qazax istiqamətində sərhədlər açıla bilər...”
29 Dekabr 2025 12:26
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü
29 Dekabr 2025 11:36


Bakı -°C

