adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Aprel 2019 18:06
18921
MARAQLI

1960-cı il. Parisin Eyfel qülləsi...

İlk Avropa çempionuna fəxri mükafat orada təqdim edilib

Futbolüzrə mövcud olan müxtəlif turnir­lərdən biri də Avropa çempionatıdır. Sə­viyyəsinə,daha dəqiq de­sək, əhatə dairəsinin məhdudluğuna görə, yalnız dünya çempio­natındangeri qalan, 4 ildən bir keçirilən bu turniri azarkeşlər böyük səbirsizlikləgözləyir.

Özü dətəkcə Avropada deyil, planetin hər güşəsində. Qarşı­dan XVI qitə birinciliyininnövbəti final mərhələ yarışları gəlir. İlk Avropa çempionatı isə 58 il əvvəl -1960-cı ildə Fransada təşkil edilib və SSRİ-nin qələbəsiylə başa çatıb. Bugünkü söhbətimiz həmin naliyyət barədədir.

Təklifə 27 ildən sonra baxıldı

İndi Avropaçempionatı kimi tanı­dığımız turnirin keçirilməsi ideyası Fransa futbolfederasiyasının keçmiş baş katibi Anri Deloneye məxsusdur. 0,1927-ci ildəadıçəkilən yarışın təş­kili ilə əlaqədar təkliflə beynəlxalq federasiyayamüraciət edir: amma o vaxt FİFA-da regional turnirlərin ke­çirilməsi haqdadüşünmürdülər. A. Delonenin layihəsinə yalnız 1954-cü ildə, başqa sözlə, Avropaölkələri­nin futbol təşkilatlarını birləşdirən UEFA təsis olunduqdan sonrabaxıldı. Avropa Kuboku uğrunda ilk turnirin təşkili haqda qərar 1958-ci ilavqus­tun 6-da qurumun Stokholm konqre­sində verilir. Qalibi mükafatlandır­maqüçün Kubokun müxtəlif variant­ları nəzərdən keçirilir, ancaq heç biri qəbulolunmur. Bu zaman futbol üz­rə Fransa Kubokunun müəllifi, məş­hur usta MişelŞobiyona üz tuturlar. Fəxri mükafatın layihəsini hazırla­maq tapşırılsa da, o,sifarişçilərə Av­ropa Kubokunun orijinal nüsxəsini təqdim edir və UEFArəsmiləri tərə­findən birmənalı şəkildə bəyənilir.

Kubokun sahibi

Avropa Kubokuqədim yunan amforasını (ikiqulplu, boğazı dar qab) xatırladan formada xalisgümüş­dən tökülüb və böyük mərmər otura­cağa bərkidilib. Qarşı tərəfi isə era­mızdanəvvəl IV əsrə aid olan barel­yefin reproduksiayası ilə bəzədilib, üzərində isə topla jonqlyorluqedən bir gəncin surəti həkk olunub. Qaydaya görə, Kubokun orijinalı müvəq­qətiolaraq, daha dəqiq desək növbə­ti turnirədək, indiki anlamda Avropa çempionuadı daşıyan ölkədə sax­lanılır. Birinci yeri tutan komandanınüzvlərinə qızıl medallardan savayı, mükafatın miniatür nüsxəsi də təq­dimolunur. Sonralar turnirin təşki­latçısının xatirəsini əbədiləşdirmək məqsədilə"Anri Delone Kuboku” adlandırılan yarış 1968-ci ildən Av­ropa çempionatı adıylakeçirilir.

İlk ünvan -Paris

İlk Avropa Kubokuyarışlarında qitənin 17 ölkəsi iştirak etmək istə­diyinibildirir: mübarizəyə qoşulmaq istəyənlər arasında SSRİ-nin də adı­na rastgəlirik. Müraciət edənlərin sayı çox olduğundan təşkilatçılar seçmə oyunlarkeçirməyi qərara alır­lar. SSRİ futbolçuları ilk görüşü 1958-ci il sentyabrın28-də Moskvadakı "Lujniki” stadionunda Macarıs­tan kollektivi ilə keçirir.Meydana qələbə əzmi ilə çıxan sovet idmançı­ları nəyə qadir olduqlarını göstər­məkistəyirlər. Xüsusilə, hücum xət­tinin oyunçuları - Metreveli, İvanov vəhəmyerlimiz Ələkbər Məmmədov! Görüşü əvvəldən axıradək yük­sək ovqatla keçirənSSRİ komandası 3:1 hesabı ilə qalib gəlir: topları Anatoli İlyin, SlavaMetroveli və Valentin İvanov vurur, macarlardan isə Göreç fərqlənir.

Təkrar oyun düz bir ildən sonra Budapeştdəki "Nepştadion”da keçi­rilir:aeroportda yerli azarkeşlər SSRİ futbolçularını, üzərində 3:0 və 4:1 yazılmışplakatlarla qarşılayırlar. "Frans-futbol” həftəliyinin 1959-cu ildə keçirdiyisorğunun yekunlarına görə, Macarıstan yığma komandası Avropada birinci yerdəidi. Onlar heyətdə əsaslı dəyişiklik etməklə məğlubiyyətin əvəzini çıxmağa çalışırlar- təcrübəli Qroşiç, Bojik, Tixi ilə yanaşı, gənc istedadlar - Albert vəŞandorun da gücündən istifadə etmək qərara almır. Görüşün birinci hissəsimeydan sahiblərinin hücum­ları ilə keçsə də, qapıçı Yaşin və müdafiəçilərinfədakar oyunu rəqi­bə müvəffəqiyyət qazanmağa imkan vermir. Fasilədən sonra isəsovet futbolçuları təşəbbüsə yiyələnir və 58-ci dəqiqədə Yuri Voynovun uzaqməsafədən gözlənilməz zərbəsi oyunun taleyini həll edir - 1:0 və ilk sədd dəfolunur.

Dörddəbir finalda SSRİ koman­dasının rəqibi İspaniya futbolçuları olur.Amma bu ölkədə hakimiyyət sürən Franko diktaturası futbolçula­rın SSRİ-yəgəlməsini əngəlləyir: İspaniya yığmasına texniki məğlubiyyət verilir. Bu, sovetkomandası üçün Fransaya yolun açılması demək idi.

Marsel qalibləri alqışlayır

BirinciAvropa Kubokunun həl­ledici mərhələsi Fransada keçirilir. Yarımfinal mücadiləsində SSRİ Çe­xoslovakiyailə, Yuqoslaviya futbol­çuları isə fransızlarla qarşılaşırlar. Çexlərlə matçərəfəsində komanda­nın sağ kənar müdafiəçisi Vladimir Kesarevin korbağırsağından cərra­hiyyə əməliyyatına məruz qalması məşqçiləri başqa variantüzərində iş­ləməyə vadar edir və həmin mövqe tibilisili Givi Çoxeliyətapşırılır. Marseldə keçirilən oyunda sovet fut­bolçuları tam üstünlüyə malikolur və onlar 3:0 hesabı ilə qalib gəlirlər: topları Valentin İvanov (2) vəViktor Ponedelnik vururlar. Digər görüşdə çoxlarının favorit saydığı, 1958-ciil dünya çempionatının bürünc mükafatçısı Frnasamillisi yuqoslavlara uduzur - 4:5.Maraqlıdır ki, matçın bitməsinə 15 dəqiqə qalmış fransızlar iki top fərqiylə (4:2) irəlidə idi­lər.Məğlubiyyətdən sonra ruhdan düşən meydan sahibləri üçüncü yer uğrunda görüşdəÇexoslovakiya yığ­masına da yenilirlər - 0:2.

"Park dePrens"də 113-cü dəqiqə...

Nəhayət, həlledici görüş! Oyun küləkli, soyuq, yağış və dümanlı havaşəraitində keçirilir. Buna baxmayaraq, "Park de Prens” stadionunda oyunu 18min tamaşaçı izləyir. İngiltərədən olan hakimlər briqadası (A. Ellis, N. Aston,D.Finney) komandaları aşağı­dakı heyətdə meydana çıxarır:

SSRİ- Yaşin, Çoxeli, Maslyonkin, Krutikov, Voynov, Netto (kapi­tan), Metreveli,İvanov, Ponedelnik, Bubukin, Mesxi. Yuqoslaviya - Vidiniç, Durkoviç, Yusifi,Janeitç, Miladinoviç, Peruşiç, Şekularits, Yerkoviç, Qaliç, Matuş, Kostiç(kapitan).


İlkdəqiqələrdən fəal oynayan yuqoslavların kəskin hücumlarını zərərsizləşdirməkSSRİ komandasına böyük çətinlik hesabına başa gəlir. 43 dəqiqə arxa xətdəsəhvsiz oyna­yan "qırmızılar” fasiləyə az qalmış top buraxır - Milan Qaliç başzərbəsiylə hesabı açır. Fasilə zamanı SSRİ komandasının rəisi Andrey Starostinfutbolçuları məzəmmət edərək de­yir: "Yuqoslavlar udmurlar, siz uduzursunuz".Baş məşqçi Qavril Kaçalin isə uzaq məsafədən zərbələr vur­mağı məsləhət görür.

İkinci hissədə vəziyyət dəyişir: indi sovet futbolçuları topa dahaçox nəzarət edirlər. Görüşün 49-cu dəqi­qəsi... Valentin Budukinin təxminən 25metr məsafədən güclü zərbəsi. Qapıçı Vidiniç islanmış topu əlində saxlayabilmir və özünü yetirən Slava Metreveli hesabı bərabərləşdirir - 1:1. Finalmatçının əsas vaxtı bu he­sabla başa çatır. 30 dəqiqəlik əlavə vaxt təyinolunur. Görüşün həlledici anı... 113-cü dəqiqə, Yuri Voynov rəqibi aldadaraq,uzun ötürmə ilə to­pu Mixail Mesxiyə tərəf vurur: sol kənar hücumçusu öznövbəsində effektli fəndlə iki mürafiəçini keçir və topu qapı qarşısınaqaldırır. Qapıçını qabaqlayaraq, hücumu dəqiq baş zərbəsiylə yekunlaşdıran ViktorPo­nedelnik hesabı artırır - 2:1. Matçı bu hesabla başa çatdıran SSRİ yığmakomandası Avropa Kubokunu, başqa sözlə, Avropa çempionu adını qaza­nır. Qalibinmükafatlandırılma mərasimi ertəsi günü məşhur Eyfel qülləsinin banket zalındakeçirilir.

"Qızıl qol"un müəllifi

Viktor Ponedelnik karyerasında daha bir neçə belə "qızıl saniyələr”yaşayıb. İlk Avropa kubokunun fınalındakı həlledici və tarixi qoldan əla­və, ölkəyığmasının Cənubi Amerika səfərində (1961) Argentina və Uruq­vay; 1962-ci ildəÇilidə keçirilən dünya çempionatının final mərhələ­sində Yuqoslaviya vəKolumbiya, 1963-64-cü illərdə ikinci Avropa Ku­boku turnirində İtaliya, İsveçvə Da­nimarka Milli komandalarının qapıla­rına vurduğu qollar onə şöhrətgətirib.


RostovunOrdu idman klubunun kapitanı sovet futbolunda hücumçu­lar sırasında öncüllərdənolub. Rostov futbol məktəbinin yetirməsi Ümumittifaq arenadakı ilk çıxışların­danözünü güclü förvard kimi göstə­rib. SSRİ yığma komandasının heyə­tində debütü-1960-cı ilin baharına təsadüf edir: ilk görüşü Almaniya DemokratikRespublikasının kollek­tivinə qarşı keçirib. SSRİ yığma komandasında 20 topunmüəllifidir. İki kitab yazıb: "Lyubov moya futbol” və "Ştrafnaya ploşadka”.


Epiloqəvəzi...

...Dörd ildən sonra - 1964-cü il­də İspaniyada keçirilən ikinci Avro­pa Kubokuyarışlarının finalında meydan sahiblərinə məğlub olan (1:2) SSRİ futbolçula gümüş meda­lalayiq görülürlər. Qitə birinciliyin­də ikinci yeri tutmaq, təbii ki, çox böyüknailiyyətdir. Ancaq bu, indi belədir, 1964-cü ildə isə məsələyə münasibət tamambaşqa cür idi. O vaxt sovet hökümətində həmin zəfər uğursuzluq kimiqiymətləndirilir və baş məşqçi Konstantin Beskov vəzi­fədən kənarlaşdırılır.

Həsən TAĞIYEV