adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyun 2019 15:34
24275
MARAQLI

19 qardaşını öldürən Osmanlı sultanı

Hərtoplumda cəlladlar qorxulan, nifrət edilən şəxslər olublar. Hətta bir çox yerdəhəmişə lənətləniblər. Osmanlı dövründə cəlladlar yalnız yaşadığı dövrdə deyil,ölərkən belə xalq tərəfindən dışlanıb, hətta qəbirləri belə ayrıca olub.

Bunagörə bəzən cəlladlar üçün ayrıca qəbirsitanlıqlar da yaradılıb. Bunlardan biridə Əyyub məzarlığıdır. Bir zamanlar bu qəbiristanlıq dünyadakı yeganə cəllad məzarlığıkimi ad çıxarıb. Ad çıxarmışdı deyirik… Çünki yüzlərlə cəlladın məzarı zamankeçdikcə həm unudulmuş, həm də yerli əhali tərəfindən dağıdılmışdı. İstanbuldayerləşən cəllad məzarları dağıdılıb, yerlərində binalar və digər obyektlərtikilib.

Osmanlıdacəlladlar necə seçilirdi? Onlar niyə bu sənəti seçirdilər? Bütün bu suallarıncavablarını Yaşar Karadumanın araşdırmasında tapmaq mümkündür.

Osmanlıdövründə adam asmaq, boğmaq və baş kəsmək bir cəza növü idi və buna görəsarayda həmişə cəlladlar saxlanılırdı. Bir qrup cəllad isə padşah və digər yüksəkrütbəli əyanların əmrini yerinə yetirmək üçün hazır vəziyyətdə gözləyərdi.Sarayda verilən ölüm cəzaları Topkapı sarayı bağçası önündə bir çeşməninyanında həyata keçirilirdi. Cəlladlar qanlı əllərini və baltalarını məhz buçeşmədə yuyardı. Bu çeşmənin sağında və solunda kəsilmiş başları simvolizə edənbaş daşları olardı və bu daşlara ibrət daşları deyilərdi. Bu çeşmənin bir adıda cəllad çeşməsi idi və daha çox bu adla tanınırdı. Digər adı isə siyasət çeşməsiidi.

Cəlladlarınqaldığı yer isə çeşmənin yerləşdiyi divarın arxasında idi. Cəzalar bəzən də"Yeddi qüllə” zindanında həyata keçirilirdi. Bu yerlər hazırda ziyarətə açıqdırvə insanlar edamların, cəzaların həyatı keçirildiyi yerləri gəzə bilərlər.

Edamcəzaları insanın mövqeyi, vəzifəsi və rütbəsinə görə dəyişirdi. Osmanlısultanları və şəhzadələrinin qanı tökülməz, iplə boğularaq öldürülərdi. Buöldürmə adəti türklərin müsəlman olmadan öncə inandığı şamanizm adətindən irəligəlirdi.

DoğanAvcıoğlu "Türklərin tarixi” adlı əsərinin ikinci cildində "Şamanist türklər qanaxıtmaqdan çəkinərlər. Buna görə də Osmanlı şahzadələri boğularaq öldürülürdü”— deyir.

Edamolunacaq şəxs sadə xalq nümayəndəsindən biri idisə kəllə kəsmə cəzası tətbiqolunardı. İstanbuldan kənarda imperatorluğun uzaq vilayətlərində edam olunandövlət adamlarının öldürüldüyünü isbat etmək üçün kəsilmiş başı torbaya qoyulurvə İstanbula gətirilirdi. Gümüş bir qabın içində sultana kəsilmiş baş təqdimolunardı. Bədəni isə öldürüldüyü yerdə dəfn edilərdi. Bu səbəblə də başı başqayerdə, bədəni başqa yerdə dəfn edilmiş iki məzarı olan dövlət adamları çoxdur.Onların arasında isə sədrəzəmlər üstünlük təşkil edir. Bunlardan ən məşhuru isəVyana mühasirəsində uğursuzluğu səbəbiylə başı kəsilərək sultana aparılan vəsonra da başı dənizə atılan məşhur sərkərdə Mustafa Kara Paşa idi.

Kəsilmiş başlar isə bal ilə dolu torbayaqoyularaq daşınardı. Bu kəsilən başlar bəzən də Topkapı sarayının ilk girişqapısında asılardı. Bununla xalqa ibrət dərsi vermək səbəbiylə həmin başlargünlərlə orada asılı qalardı. Başların qoyulduğu giriş qapısının oyuqları hələdə qalmaqdadır. Başlar burada adətən üç gün qalardı. Bəzən də eyni andaoyuqlara yüzlərlə kəsilmiş baş qoyulardı. Cəlladlar edam etdikləri müsəlmanlarıöldükdən sonra beli üstə, müsəlman olmayanları isə üzü üstə uzadır, kəsilmişbaşlarını qıçlarının üzərinə qoyurdular.

Öldürülən adamın cəsədi, üzərindəkigeyim və s. cəlladın əmlakı sayılırdı. Cəllad istəsə öldürdüyü adamı ya dəfn edə,ya da onun cəsədini qohumlarına sata bilərdi. Osmanlıda cəlladlar, xüsusən, karvə lallardan seçilirdi. Kar olmaları öldürdükləri adamın səsini duyaraqduyğusal hislərə qapılmamağına görə önəmliydi.

Osmanlı tarixində ən həzin boğaraqöldürmə hadisəsi 28 yanvar 1595-ci ildə yaşanıb. Bu Fateh Sultan Mehmetin imperatorluğun davamlı olmasıüçün "Nizami alem” fərmanına görə verdiyi əmrdi. Bu fərmana əsasən bir qardaşhakimiyyətə gələrdisə mütləq bütün qardaşları öldürülməli idi. III Mehmet 19uşaq və yeniyetmə yaşında olan şahzadə qardaşlarını bir gecədə boğduraraqöldürtdü. Ertəsi gün isə qiymətli daş-qaşlarla bəzədilmiş 19 tabut yan-yanasaraya qoyulmuşdu.

Osmanlıxalqında insan öldürdüklərinə görə cəlladları insanı hislərdən uzaq məxluqathesab edirdilər. Ona görə də onların sadə xalqla bir yerdə dəfn edilməsinəimkan vermirdilər. Tarixçi Reşat Ekrem Koçu "Toplum, din və əxlaq anlayışımızınən gözəl örnəklərindən biri cana qıyan, kəsən və ya boğan cəlladın ölüsünü xalqqəbiristanlığında basdırılmasına izn verilməməsi son dərəcə təqdirə layiq birhaldır.” deyə dəyərləndirir. Bu səbəbə görə də cəlladlar üçün İstanbulun əngözdən uzaq yerində xalqdan ayrı olaraq məzarlıq yaradılmışdı. İstanbulda ikiyerdə cəllad qəbiristanlığı tanınmaqdadır. Haldun Hürel.” Istanbulu gəzirəmgözlərim açıq” adlı əsərində bunlardan birinin Ədirnəqapıdan Ayvansarayadək enənyerdə Eğrikapı ətrafında olduğunu bildirir.

Digərbir cəllad məzarlığı isə Əyyubda Karyağdıbaba təpəsinin yaxınlığındadır. Həminvaxtlar bura İstanbulun ən uc nöqtəsi olaraq quşun uçmadığı, heç bir karvanınkeçmədiyi doğru-dürüst yolu belə olmayan ağaclar içində kabus kimi bir yer idi.Buraya Karyağdıbaba deyilməsinin səbəbi ondan biraz aşağıda bir bektaşı məqbərəsininolmasıdır. Hazırda bura normal bir məzarlığa çevrilmiş aralarında tək-tük cəlladməzarlığı qalmışdır. Bunların cəllad məzarı olmasını bilmək elə də çətin deyilÇünki bütün bunlar onların baş daşlarından da bilinir.

Osmanlıdaxalqdan biri dəfn edilərkən başdaşına nə işlə məşğul olmaqları yazılırdı. Ammacəlladlara isə bu münasibət yox idi. Hazırda orada iki cəllad məzarını görməkmümkündür. Onlar yan-yana dəfn edilib. Baş daşlarına isə bu səbəbdən nə ölümtarixi, nə doğulduğu tarix, nə cinsləri, nə də nə işlə məğul olduqlarıyazılmayıb.