adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Avqust 2015 22:04
2293
HADİSƏ

18 yaşlı gənc çimərlikdə batdı

Xəzərdə bir nəfər batıb. 


Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat daxil olub. Belə ki, nazirliyin  "112” qaynar telefon xəttinə Sabunçu rayonundakı Pirşağı çimərliyində bir nəfərin batması ilə bağlı məlumat verilib. Dərhal hadisə yerinə nazirliyin əraziyə yaxın sularda xilasetmə məntəqəsinin xilasediciləri yollanıblar.

 

Batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib. Kimlik müayinəsi zamanı məlum olub ki, batan şəxs 1997-ci il təvəllüdlü Əliyev Mübariz Məlikağa oğludur.

 

Faktı Sabunçu  Rayon Polis İdarəsi araşdırır.