adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Fevral 2020 20:00
19100
SİYASƏT

18 saylı Nərimanov-Nizami Seçki Dairəsində bir məntəqənin nəticələri ləğv edilib

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında18 saylı Nərimanov-NizamiSeçki Dairəsindən namizədliyi qeydə alınmış Namik Niftiyev, Vüqar Həsənov, Oqtay Qasımov, Gündüz Sadıqovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə MSK üzvü İlham Məmmədov məlumat verib.

İ. Məmmədov bildirib ki, müraciətlər bir icraatda birləşdirilib.Araşdırma nəticəsində 10 saylı seçki məntəqəsində səsvermənin seçicilərin iradəsini əks etdirmədiyi məlum olub: "Təklif edirəm ki, bu məntəqədə səsvermənin nəticələri etibarsız sayılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və təklif səsə qoyularaq qəbul edilib, bir seçki məntəqəsində (10 saylı seçki məntəqəsi) səsvermənin nəticələri etibarsız sayılıb.