17 yaşlı qız intihara cəhd edib
Şəkidə 17 yaşlı qız intihara cəhd edib.
Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini, 1998-ci il təvəllüdlü Təranə İslam qızı Məmmədova sol böyrək nahiyəsinin daxilə nüfuz etməyən kəsilmiş bıçaq yarası ilə xəstəxanaya daxil olub.
Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 17 yaşlı Təranə Məmmədovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.
Şəki rayon hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Təranə Məmmədova hələ ki istintaqa məlum olmayan səbəbdən intihar etmək məqsədi ilə bıçaqla özünə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
29 Aprel 2024 17:09
Sabirabadda 28 yaşlı gənci "tok" vurdu
29 Aprel 2024 15:30Minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİB
29 Aprel 2024 14:42Vasif Səmədov VƏFAT ETDİ
29 Aprel 2024 13:51Türkiyədə dəhşət: Gəlin və qaynana təndirdə yandı
28 Aprel 2024 21:30