adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Aprel 2020 10:10
77629
MƏDƏNİYYƏT

14 MƏŞHUR 1 KLİPDƏ… - VİDEO

Seyid Taleh Boradigahi "Məhəmməd Mustafa gəldi" adlıyeni klipini təqdim etdi

Əhli-beyt (ə) məddahı, "Azərbaycan qrupu"nun rəhbərikimi tanıdığımız Seyid Taleh Boradigahi əziz Peyğəmbərimizin şəninə mübarəkRamazan ayında hazırladığı "14 məşhur 1 klipdə” növbəti layihəsini təqdim edib.

S.Taleh Boradigahinin öz "Youtube" səhifəsində paylaşdığı"Məhəmməd Mustafa gəldi" İlahi nəğməsi çoxsaylı izləyicilər tərəfindənböyük rəğbətlə qarşılanıb.

Nail Naiboğlunun rejissorluğu ilə çəkilən klipdə Azərbaycan səhnəsinintanınmış simaları - Xalq artistləri Zabit Nəbizadə, Natiq Şirinov("Natiq" ritm qrupunun rəhbəri), Əməkdar artistlər Nailə İslamzadə,Nigar Şabanova, eləcə də Mirələm Mirələmov, Lamiyə Ələkbərova, Tərlan Novxanı,Kamran Yunis, Seyran Əliyev, Səbinə Ərəbli, Stilist Meta, Nuray Rəhman, Əli Paşayevvə Nicat bir araya gəliblər. Yaradıcı heyətin birgə əməyi ilə hazırlanan layihədətanınmış sənətçilər öz istedadlı, maraqlı ifaları ilə klipin ruhunu, əsasideyasını izləyicilərə dolğun şəkildə çatdıra biliblər.

Seyid Taleh Boradigahi səhnəmizin tanınmış və sevilən simaları iləbirgə bu mübarək günlərdə birlik mesajı verməklə Azərbaycan vətəndaşı olaraqhansı sahədə çalışmasından asılı olmayaraq öz milli, mənəvi və dini dəyərlərimizəsadiq qaldıqlarını nümayiş etdiriblər.

Uğurlu bir yaradıcılıq nümunəsi olan "Məhəmməd Mustafa gəldi"İlahi nəğməsini dinlədikcə bütün peyğəmbərlərin tacı olan Məhəmməd Mustafanın(s.ə.s) insanlığa örnək olan misilsiz şəxsiyyəti, onun həyat yolu, yüksək əxlaqıvə davranışı, şəfqət və mərhəməti göz önünə gəlir. Və Allah Təalanın onu bütünbəşəriyyətə kamil insan, sönməz hidayət və həqiqət nuru olaraq göndərdiyi birdaha təsdiqlənir. İlahi nəğmədə vurğulandığı kimi, Həzrət Məhəmməd Mustafa (s.ə.s)öz gəlişiylə insanlığı zəlalət və cəhalətdən, zülm və istibdaddan, kin-küdurətdən,ədavətdən, mənəvi yoxsulluq və miskinlikdən, acizlik və ümidsizlikdən xilasetmiş, onlara dünya və axirət səadətinə qovuşmaq yollarını göstərmişdir.

Klipdə digər tanınmış şəxslərin də iştirakı nəzərdə tutulsa da,çox təəssüf ki, koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkə ərazisində zərurisosial izolyasiya tədbirləri tətbiq edildiyi üçün onların bir araya gəlməsi mümkünolmayıb.

Xatırladaq ki, Əhli-beyt (ə) məddahı Seyid Taleh Boradigahinin ifaetdiyi "Məhəmməd Mustafa gəldi" nəğməsinin sözləri Rövşən Rəhimzadəyə,musiqisi S.Taleh Boradigahiyə, aranjimanı Fəriborz Xatəmiyə məxsusdur.

Ümidvarıq ki, "Məhəmməd Mustafa gəldi" İlahi nəğməsiçoxsaylı seyrçilərin qəlbinə yol tapacaq, onların sevimli nəğmələrindən birinəçevriləcək.

Yaradıcı heyətə bu gözəl klipi ərsəyə gətirdikləri üçün təşəkküredir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq.