14 fəhlə zəhərləndi
Moskvaətrafı Leninskie qorki rayonunda fəhlələr arasında kütləvi zəhərlənmə baş verib.
Adalet.az-ın məlumatına görə, zəhərlənənlərin sayı 14 nəfərdir. Faktı regional Səhiyyə İdarəsi təsdiq edib. Məlumata görə, 7 nəfər öz istəyi ilə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Qalanları isə xəstəxanaya yerləşdirilib.
Fəhlələrin naməlum qazdan zəhərləndiyi qeyd edilir. İnsidentlə bağlı artıq araşdırmalara başlanılıb.
Digər Xəbərlər
04 May 2024 14:37