adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
08 May 2019 17:31
35653
İDMAN

12 yaşlı Ənbalanın idman uğurları

Şərq döyüş növlərindən biri olan"Taekvondo”nun vətəni Koreya Respublikası və Koreya Xalq DemokratikRespublikası sayılır. İdmanın başqa növlərindən fərqli olaraq bu oyunda ayaqlaendirilən zərbələr həddindən artıq yer tutur. Faizlə götürsək, taekvon- dodakızərbələrin 80 faizi ayaqla endirilir.

Quba rayonun Dağlı kənd tam orta məktəbindədə bu oyuna maraq göstərənlər çoxdur. Onlardan biri də VI "B” sinif şagirdiƏnbala Malıbəyovdur.

Ə.Malıbəyovun cəmi 12 yaşı var. Dərslərindənhəmişə "4” və "5” qiymətlər alır. Şən, çevik, mehriban, həmişə deyib-gülən buoğlanı məktəbdə hamı güclü taekvon-doçu kimi də tanıyırlar.

Ə.Malıbəyov hələ 8 yaşından Qubaİqtisad Kollecində yerləşən taekvon-do məşq qrupuna qəbul olaraq bu oyunun sirləriniöyrənməyə başlamışdır. Təcrübəli məşqçi Tural Vəlibəyovdan dərs alan balacaƏnbala həmişə valideynlərinin və onu sevənlərin arzularını gerçəkləşdirməyəçalışmış və əksər halda buna nail olmuşdur.

Balaca idmançının uğurları az deyil,o, 2015-ci ildən bu günə kimi Qubada, Qusarda,Xaçmazda,Bakı şəhərindəTaekvon-do üzrə keçirilmiş yoldaşlıq görüşlərində, açıq zona birinciliklərində,"20 Yanvar” şəhidlərinin xatirəsi,Ümummilli lider H.Əliyevin anadan olmasının ildönümləri, 12 Noyabr KonstitusiyaGünü kimi tədbirlərə həsr olunmuş yarışlarda səkkiz dəfə I, doqquz dəfə II,dörd dəfə III yer tutmuş və müxtəlif təşkilatların – Quba UGİM-nin, Xaçmazrayon Gİİ-nin, Qusar rayon Gənclər və İdman İdarəsinin, "Şahdağ”- QusarTaekvon-do idman klubunun, "Fateh” və "İmid” Taekvon-do klublarının, Qubanın"Nurlu Sabah Uşaq – Gənclər Təşkilatı İctimai birliyinin, Respublika Bədən Tərbiyəsivə İdman Mərkəzinin rəhbərləri tərəfindən "Diplomlara”, "Fəxri fərman”lara və"Sertifikat”lara layiq görülmüşdür.

Ənbalanın təhsil aldığı Dağlı kəndtam orta məktəbinin direktoru Niyazi Rzayev deyir :

-Ümidvarıq ki, həm təhsildə, həm dəidmanın Taekvon-do növündə böyük uğurlarqazanan Ənbala Malıbəyov bundan sonra da hamını sevindirəcək, hər bir yarışdanqələbə ilə qayıdacaq.

Şixəmməd

Seyidməmmədov

Dilimizinsaflığını qoruyaq

"Anadilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir...Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir...”

HeydərƏliyev

Mənim dilim-

Tarix yolum, ömür yolum!

Mənim dilim –

Bakım,Təbrizim,İstanbulum,

Anadolum!...

Duruluğu –

Bulaqlardan alıb bu dil.

Qürurunu –

Şah dağlardan alıb bu dil !

Mənim dilim - ən uludur, -

Ulu türkün özü kimi.

Mənim dilim dupdurudur, -

Atatürkün gözü kimi...

Quba rayon Dağlı kənd tam orta məktəbinbayramsayağı bəzədilmiş geniş akt zalında "Dilimizin saflığını qoruyaq”mövzusunda tədbir Dövlət himninin səsləndirilməsi və sair Əmir Pəhləvanın bir bəndiyuxarıda dərc olunmuş şeirin bədii oxunuşu ilə başlandı.

Tədbirin aparıcıları olan məktəbin Xsinif şagirdləri Nəzrin Ağaliyeva və Aynur Məmmədova tədbir iştirakçılarınısalamladıqdan sonra çıxış üçün sözü məktəbin dil-ədəbiyyat müəllimi İlkinİsmayılova verdi. İlkin müəllim qeyd etdi ki, insanın bütün həyatı dilləbağlıdır, dil insanlara həmişə və hər yerdə xidmət göstərən ecazkar bir vasitədir.Dil fikrin ən incə cəhətlərini, qəlbin ən dərin hisslərini ifadə edə bilir. Onuuzun əsrlər boyu xalq yaratmış, inkişaf etdirmiş və nəsildən-nəslə çatdırmışdır.Bizim vəzifəmiz bu qiymətli töhfəni qorumaq, zənginləşdirmək və gələcək nəsillərəərməğan etməkdir. Gəlin daima dilimizə sahiblənək, onun saflığı, toxunulmazlığıuğrunda mübarizə aparaq, axı o bizə ata- babalarımızdan miras qalmış milli sərvətimizdir.

Daha sonra məktəbin coğrafiya müəllimi-Azərbaycan Yazıçılar Birliyinin üzvi, "Araz” və "Qızıl qələm” media mükafatları laureatı Şixəmməd Seyidməmmədovdilimizin işığına toplaşanların diqqətinə çatdırdı ki, ana dilimiz varlığımız,bütövlüyümüzdür. Kim bu dilə xor baxır, başqa dili öyrənir, öz dilini unudursa,ona yalnız nankor adı vermək olar. Biz başqa dilləri də öyrənməliyik, ancaq dilimizi qeyrətimiz qədərqorumalıyıq. Belə bir atalar sözü var: "Dilini bilməyən anasını tanımaz”. Azərbaycandili Azərbaycan xalqının milli sərvətidir. Biz onu yad ünsürlərdən qurtarmalı,onun təmizliyini göz bəbəyimiz kimi qorumalıyıq. Xalq şairi Rəsul Rza dilin təmizliyihaqqında demişdir :

Dili qiymətdənsalar

Ucuzsöz,hiylə,böhtan.

Elə saxladilini,

Nə dil səndənutansın,

Nə səndilindən utan.

Tədbirdə XI”B” sinif şagirdləri FədayəHeydərova və Yetər Poladova, IX sinif şagirdləri Nərmin və Aysel Ağaliyevalar,Aydan Şükürova, VII”A”sinifşagirdləri Zülhiccə Cəbrayılova,Zöhrə Bəkmirzəyeva,Nurcan Atayeva, Günay Əliməmmədovavə Səbinə Vəlimuradova görkəmli şairlərimizin dilimizə, onun saflığınınqorunmasına həsr etdikləri şeirlərini dilə gətirdi, V”A” sinif şagirdləri "YaşaAzərbaycan” mahnısını ifa etdilər. VII”A” sinif şagirdləri Kənan Kərimov, FəridEyvazov, Yaşar Həsənov, Azər Niftəliyev və Akşin Məmmədovun hazırladıqları"Ədalətli hökmdar səhnəciyi də tamaşaçılarda xoş ovqat yaratdı. Daha sonra əllərində"vilka” yox, "çəngəl”, "çaşka” yox, "fincan”,”papa” yox, "ata”, "mama” yox,"ana” sözləri yazılmış vərəqlər olan şagirdlər zala daxil oldular və onlarıyelləndirərək "Ana dilim” mahnısınıoxudular.

Sonda : "Bəli, illərin, əsrlərinsınağından çıxmış dilimiz çox məhrumiyyətlərə tuş gəlmişdir. Qəhrəman dilimiz əyilməyib,yenilməyib, özgə hakimli,özgə dinli olmuşuq, ancaq özgə dilli olmamışıq, özgədil qəbul etməmişik. Dəfələrlə paralanıb, parçalanıb, qanına qəltan olmuşuq,amma dilimiz öz gözəlliyini, öz zənginliyini qoruyub saxlayıb”- deyərək tədbiriyekunlaşdıran məktəbin direktoru Niyazi Rzayev belə bir gözəl, çox dəyərli tədbirinhazırlanmasında əməyi olan azərbaycan dili müəllimləri İlkin İsmayılov, MayisSeyidməmmədov, Əməkdar müəllim Ülkər Şıxməmmədova, ibtidai sinif müəllimi SvetaŞükürova, məktəbin laborantı Lətafət Rzayeva və şagirdlərə minətdarlığınıbildirdi, bütün kollektivə təhsildə nailiyyətlər arzuladı. O həmçinin rayon tədbirlərindəöncül yer tutmuş VIII”B”sinif şagirdi Ziyarət Əliyevaya və V”A”sinif şagirdi Nəsibə Niftəliyevaya Quba rayon Təhsil Şöbəsinin "Fəxri fərman”larınıtəqdim etdi.

Beləliklə,tədbir sona çatdı və iştirakçılar xatirə şəkli çəkdirdilər.

Ş.Seyidməmmədov,

Quba rayonu, Dağlı kənd

tam orta məktəbinin müəllimi